Daxili işlər orqanlarında yeni təyinatlar olub

11:12 | 12.10.2015
Daxili işlər orqanlarında yeni təyinatlar olub

Daxili işlər orqanlarında yeni təyinatlar olub

Daxili işlər orqanlarında daha bir neçə təyinat olub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlov tutduğu vəzifədən azad edilərək Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov tutduğu vəzifədən azad edilərək 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM