Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.
Nazir ciddi tənqidlərə tuş gəlib. Həm sosial şəbəkə istifadəçiləri, həm də bəzi deputatlar Elmar Məmmədyarovu Azərbaycan dilini təmiz bilməməkdə qınayıblar.
Geniş diskussiyalara səbəb olan məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlama verib.
Vahid Əhmədov Elmar Məmmədyarova qarşı səsləndilən fikirlərlə razı olmadığını qeyd edib.
V.Əhmədov Elmar Məmmədyarovun atası akademik Məhərrəm Məmmədyarovun açıqlaması ilə tanış olduğunu bildirib.
"Məhərrəm müəllim çox haqlı olaraq qeyd edib ki, Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki! Mən onun bu fikirləri ilə razıyam".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !