Deputat verilişdə həmkarını yumruqla yerə sərdi - VİDEO

10:34 | 07.12.2018
Deputat verilişdə həmkarını yumruqla yerə sərdi - VİDEO

Deputat verilişdə həmkarını yumruqla yerə sərdi - VİDEO

Ukrayna Ali Radasının Azadlıq Partiyasından olan millət vəkili Yuri Levçenko ilə Pyotr Poroşenko Blokunun üzvü Oleq Barna arasında canlı yayım zamanı dava olub.

Siyasətçilər arasında mübahisə Ukraynadakı hərbi vəziyyətlə bağlı yaşanıb.

Söhbət zamanı Levçenko Barnanı "oliqarxiyanın xidmətçisi” adlandırıb. Barna cavab olaraq Levçenkoya Ukraynanın cənub-şərqindəki antiterror əməliyyatlarında iştirak etməsini təklif edib.

Bu sözləri təhqir kimi qəbul edən Levçenko isə opponentinin Kiyevdə içkili halda tramvayla toqquşan zaman öz səviyyəsini göstərdiyini bildirib.

Bu zaman Barna onun sifətinə zərbə endirərək yerə yıxıb. (axar.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM