Deputat: “Xankəndidə icra strukturu mütləq yaradılmalıdır”

11:40 | 25.12.2013
Deputat: “Xankəndidə icra strukturu mütləq yaradılmalıdır”

Deputat: “Xankəndidə icra strukturu mütləq yaradılmalıdır”

“Xankəndində icra strukturunun yaradılmasına dəstək olanlar çoxdur”.Bunu Modern.az-a millət vəkili Flora Qasımova Xankəndində icra strukturlarının yaradılması ideyasına münasibət bildirərkən deyib.  Onun sözlərinə görə, son günlər bu məsələyə xüsusi diqqət göstərilir. “Milli Məclisin deputatları da məsələni dəstəkləyir. Bu məsələdə yeniliklər ondan ibarətdir ki, son vaxtlar bir çox yerlərdən maraqlanırlar, bununla bağlı tədbirlər keçirirlər, Prezident Administrasiyasından da zəng edib maraqlanırlar. Xankəndidə icra strukturu mütləq yaradılmalıdır. Onlar arasında mənəvi bağlılıq olmalıdır. Gənclərimiz xankəndili kimi yetişməlidirlər”.   Millət vəkili xankəndlilərin icra strukturlarının olmaması səbəbindən ortalıqda qaldıqlarını da vurğulayıb: “Xankəndinin işğalı haqqında ictimaiyyətdə geniş məlumat yoxdur. Bu da məni narahat edir. İkinci məsələ odur ki, xankəndlilər hazırda Azərbaycanın 38 rayonunda məskunlaşıblar. Onların sayı on min nəfərdir. Əvvəla, xankəndlilər iki dəfə məcburi köçkün düşüb.Bir dəfə Xankəndində bu hadisələr başlayanda onlar fikirləşmirdilər ki, torpaqlar işğal olunacaq. Ona görə də onlar müvəqqəti olaraq Xocalıya, Şuşaya, Ağdama getdilər. Lakin sonradan torpaqlar işğal olunandan sonra bunlar arasında əlaqə zəiflədi. Onlar sonradan Ağdam köçkünü, Şuşa köçkünü oldu. Hazirda 38 rayonda məskunlaşıblar. Xankəndlilərin icra strukturu olmadığına görə onlar arasında əlaqə zəifdir. Onların sosial məsələlərini həll etmək Xocalı icra hakimiyyətinə tapşırılıb. İcra strukturu olmadığından onlar ortalıqda qalıblar”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb