Deputatdan Jirinovskinin qalmaqallı çıxışına - Cavab

17:30 | 01.08.2021
Deputatdan Jirinovskinin qalmaqallı çıxışına - Cavab

Deputatdan Jirinovskinin qalmaqallı çıxışına - Cavab

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə çıxışı ilə gündəmə gəlib. Jirinovski çıxışında Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğu üçün Rusiyanın iradəsi ilə hər kəsin hesablaşmalı olduğunu bildirib.

"Qafqazinfo” xəbər verir ki, deputat Vüqar Bayramov öz feysbuk hesabında onun qalmaqallı açıqlamasını dəyərləndirib.

"O, Azərbaycan hakimiyyətini rus əsgərləri ilə təhdid edib. Artıq neçənci dəfədir ki, sərsəm-faşist ritorikasına üstünlük verən Jirinovski ölkəmizə qarşı bu şəkildə hədyan dolu çıxışlar edir. Amma bu sərsəm ritorikadan başqa heç nə deyil.

Aydındır ki, Jirnovskinin sayıqlamaları Rusiyanin rəsmi mövqeyi kimi qəbul edilə bilməz və son illər iki dövlət arasında münasibətlərin, o cümlədən, iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur.

Ancaq bu siyasi təlxək anlamalıdır ki, bu sayıqlamaları Azərbaycanın haqq işinə xələl gətirə bilməz. Azərbaycan müstəqilliyinə təhdid ola biləcək hər addımı dəf etmək gücündədir və güclü xalq-iqtidar birliyi də mövcuddur ki, bu birliyin sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu uzun müddət işğal altında qalan torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad edərək ərazi bütövlüyümüzü bərpa edib”.

V.Bayramovun sözlərinə görə, ermənilərin havadarları anlamalıdırlar ki, güclü Azərbaycan ordusu bu Zəfəri hər zaman qorumaq iqtidarına malikdir:

"Şanlı ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızı işğaldan azad edən "Dəmir Yumruq” yenə yerindədir, hər an torpaqlarımıza göz dikənləri başına endirilə bilər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb