Deputatdan müdhiş İDDİA: “İraq Şam İslam Ordusu” Türkiyəyə neft satır

12:46 | 14.06.2014
Deputatdan müdhiş İDDİA: “İraq Şam İslam Ordusu” Türkiyəyə neft satır

Deputatdan müdhiş İDDİA: “İraq Şam İslam Ordusu” Türkiyəyə neft satır

Cümhuriyyət Xalq Partiyasının (CHP) Hataydan seçilən millət vəkili Məmməd Əli Ediboğlu “İraq Şam İslam Dövləti”nin  (İŞİD) Türkiyədə 800 milyon dollarlıq neft satdığını söyləyib. 
Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD haqqındakı araşdırmalarının nəticələrini açıqlayan Ediboğlu deyib: 
“İŞİD dünyanı təhdid edən bir terror təşkilatıdır. Asanca insan öldürən, insan öldürərək cənnətə gedəcəklərinə inandırılmış bir qrupdur. Belə bir qrupun hər an Türkiyədə bir sıra hərəkətlərə girişməsi gözlənilə bilər. Bu zehniyyətdəki minlərlə insanın Türkiyə ilə əməkdaşlıq etməsi son dərəcə təhlükəlidir. Sabah, o biri gün bizim qarşımıza hansı tələblərlə çıxacaqlarının fərqində deyilik. Çünki bunlar Türkiyədəki rejimi də islamdan kənar qəbul edirlər. Bu gün İraq, sabah Türkiyədə bənzər qırğınlar, ya da bənzər hərəkətlər etməyəcəkləri mövzusunda kimsə zəmanət verə bilməz”.
Neft gəliri
Millət vəkilinin sözlərinə görə, İŞİD bu il işğal etdiyi neft bölgələrindən əldə etdiyi (Suriyanın şimalındakı Rumeylan neft bölgəsi, son olaraq Mosul) 800 milyon dollarlıq nefti Türkiyədə satır: “Hatay sərhədinə yaxın kəndlərdən borular çəkirlər. Bənzər boru xətləri Kilis, Urfa və Qaziantəpdə də var. Bunu Türkiyə tərəfinə köçürüb pula çevirirlər. Nefti neftayırma zavodlarıdan gətirirlər, çəkilən xərc sıfıra bərabərdir. Suriyada sərhədə yaxın yerlərdə primitiv üsullarla hasil edirlər və Türkiyə üzərindən satırlar, bunun dəyəri də 800 milyon dollardır”.
Milli İstihbarat Təşkilatı kömək edir?
Məmməd Əli Ediboğlu deyib ki, həm Suriyaya, həm də İraqa Avropadan, Rusiyadan, Asiya ölkələrindən və Çeçenistandan böyük sayda döyüşçü gəlir: “Bunlar Türkiyə üzərindən gedirlər. İŞİD-ə qatılmaq üçün xaricdən gələnlərə Suriya və İraqa keçişlərində kömək edən ən az 1000 Türkiyə vətəndaşının olduğu barədə məlumat var. Bu işin içində Milli İstihbarat Təşkilatının da olduğu iddia edilir. MİT-in məlumatı olmadan belə bir hadisənin reallaşma şansı yoxdur”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM