Deputatlarımız səfərə gedir

11:25 | 24.02.2015
Deputatlarımız səfərə gedir

Deputatlarımız səfərə gedir

Milli Məclisin deputatları Almaniyaya səfər edəcək.

ANS PRESS-in Milli Məclisə istinadla verdiyi məlumata görə, Xanlar Fətiyev, Siyavuş Novruzov və Rauf Əliyev Berlində fəaliyyət göstərən "Azərbaycan Evi” Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcəklər. Deputatlar fevralın 25-dən martın 2-dək Almaniyada səfərdə olacaqlar.

Deputatlarımız mərasimdə Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, hazırkı durumu, torpaqlarımızın işğalı və Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verəcəklər.

Xarici ölkəyə səfər edəcək deputatlar arasında Aydın Mirzəzadə, Azər Badamov və Rüfət Quliyev də var. Millət vəkilləri fevralın 27-dən martın 2-dək Tacikistana səfər edəcəklər.

Deputatlarımız ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün MDB Parlament Assambletasının və İcraiyyə Komitəsinin xətti ilə paytaxt Düşənbənin bir sıra seçki məntəqələrində olacaqlar. Bununla yanaşı, deputatlar vətəndaşların səsvermə hüquqlarının təmin olunması, yeni seçki texnologiyalarının tətbiqi ilə maraqlanacaqlar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb