Deputatımız Zəngəzurun qaytarılması üçün Putinə müraciət etdi

18:17 | 09.04.2014
Deputatımız Zəngəzurun qaytarılması üçün Putinə müraciət etdi

Deputatımız Zəngəzurun qaytarılması üçün Putinə müraciət etdi

Eldar İbrahimov: “Azərbaycanın tarixi ərazisi olan Qarabağ da bir vaxtlar Qorbaçov, onun arvadı tərəfindən ermənilərə hədiyyə olunub, pulla satılıb”Milli Məclisin milliyyətcə rus deputatı, YAP İdarə Heyətinin üzvü Mixael Zabelin öz müsahibəsində Krımın Rusiyaya birləşdirilməsinə haqq qazandırıb. Deputat həmçinin qeyd edib ki, Azərbaycan da öz tarixi torpaqları olan Zəngəzur və Qarabağ məsələsini həll etmək hüququna malikdir və bu məsələlər də ədalətli şəkildə həll edilməlidir.Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov modern.az-a bu barədə deyib ki, Zabelinin həmin müsahibəsi ilə tanışdır: “Hesab edirəm ki, həmkarım fikirlərində haqlıdır. Vaxtilə sovet rəhbərlərinin, konkret olaraq Xruşşovun Ukraynaya hədiyyə verdiyi Krımı Rusiya geri qaytarır. Bu, Helsinki Yekun Aktının qərarları ilə tam uzlaşır. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü əsas götürülür. Təbii ki, Eldar İbrahimov olaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirəm. Amma ortada bir gerçəklik də var. Helsinki Yekun Aktının ikinci bir müddəası millətlərin öz müqəddəratını təyin etməsi ilə bağlıdır. Krımda ukraynalılar, ruslar və tatarlar yaşayır. Onlar referendum keçirdilər və Rusiyaya birləşmək barədə səs verdilər”.Komitə rəhbəri qeyd edib ki, Krım məsələsini Dağlıq Qarabağla eyniləşdirmək olmaz: “Çünki Qarabağda bu gün ermənilərdən başqa heç bir millətin nümayəndəsi yaşamır. Ona görə də orada bu prinsipə söykənib referendum keçirmək özü qanunsuzluqdur. Eyni zamanda referendum Azərbaycan qanunvericiliyinə ziddir”.E.İbrahimov əlavə edib ki, Putin bir zamanlar Rusiyanın hədiyyə verilmiş torpaqlarını geri qaytarıb: “Azərbaycanın tarixi ərazisi olan Qarabağ da bir vaxtlar Qorbaçov, onun arvadı tərəfindən ermənilərə hədiyyə olunub, pul ilə satılıb. Eyni zamanda biz hamımız bilirik ki, Dağlıq Qarabağın açarı ancaq Rusiyadadır. Rusiya-Azərbaycan münasibətləri, prezidentlər arasında olan səmimi, mehriban dostluq əlaqələrinə inanaraq, hesab edirəm ki, Sovet İttifaqının rəhbərləri tərəfindən ermənilərə hədiyyə verilən Dağlıq Qarabağı da əsl sahibinə qaytarmaqda SSR-nin varisi kimi Rusiya prezidenti bizə kömək edər. Putin tərəfindən belə bir addımın atılması ölkəsinin imicini, hörmətini bütün dünyada qaldırar. Çünki belə bir addım ədalətsizliyi aradan qaldırmış olacaq. Bəli, vaxtilə Krım torpaqları Türkiyənin olub. Rusiya-Türkiyə müharibəsinin nəticəsi olaraq Rusiya bu torpaqlara sahib çıxıb. Sonradan SSRİ zamanında Xruşşov Krımı arvadına hədiyyə edib. Dövlətlərin torpaqları hədiyyə verilə bilməz. Bizdə bir məsəl var, torpaqdan pay olmaz…Gördünüz, vaxt gəldi və Helsinki Yekun Aktından yararlanaraq referendum keçirildi və Rusiya torpağını aldı. Ona görə də düşünürəm ki, Zəngəzur da, Qarabağ da ermənilərə hədiyyə verilmiş torpaqlar kimi Azərbaycan tərəfindən geri alınmalıdır”.E.İbrahimov bu məsələlərlə bağlı Rusiya prezidenti Putinə müraciət edib: “Siz SSRİ-nin varisi hesab edilən Rusiyanın rəhbərisiniz. Əgər ədalətli, xeyirxah işlərə başlamısınızsa, onda Zəngəzurla Dağlıq Qarabağın da əsl sahiblərinə verilməsinə kömək edin. Bu, bizim sizdən gözləntilərimizdir. Biz həmişə Rusiyanın yanındayıq. Rusiya bizim qonşumuzdur və bizim üçün dost, strateji bir dövlətdir. 100 illərdir qonşuyuq və bundan sonra da Rusiya-Azərbaycan xeyirxah qonşuluq siyasətini davam etdirəcəyik”. Qeyd edək ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən 100 deputatdan biri kimi Rusiyanın qəzəbinə tuş gəlmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM