Devid Bekem öz adına viski buraxacaq

18:32 | 09.04.2014
Devid Bekem öz adına viski buraxacaq

Devid Bekem öz adına viski buraxacaq

Keçmiş məşhur futbolçu Devid Bekem şəxsi marka şotland viskisi buraxacaq. ANS PRESS-in məlumatıan görə, Bekem öz tərəfdaşı, musiqi prodüsseri Saymon Fuller ilə “Haig Club” adlı yeni markasını buraxıb. İçki tünd-göy rəngli şüşədə buraxılacaq. Viskinin qiyməti təxminən 65 dollar olacaq. İçkinin istehsalçısının rəsmi saytında bildirilir ki, Bekem və Fuller strategiyanın işlənməsində aparıcı rol oynayır. Həm də, onlar yeni istehlakçılar cəlb etməlidir. Sövdələşmənin maliyyə şərtləri açıqlanmır.Bekem keçmiş futbol həyatında İngiltərə millisinin kapitanı idi, “Mançester Yunayted”, “Milan”, “Real Madrid”, “Los- Ancels Qelaksi” və “Pari Sen-Jermen” klublarında çıxış edib, keçən il 38 yaşında karyerasına son qoyub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb