DİN kafelər və “mall”larla bağlı məsələyə aydınlıq gətirdi

14:42 | 31.05.2020
DİN kafelər və “mall”larla bağlı məsələyə aydınlıq gətirdi

DİN kafelər və “mall”larla bağlı məsələyə aydınlıq gətirdi

Azərbaycanda karantin rejiminin yumşaldılması qaydalarının bu gündən deyil, sabahdan tətbiq ediləcəyi haqda məlumat yayılıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, polis əməkdaşlarının bu gün ölkə ərazisində obyektlərə baş çəkərək qaydaların sabahdan qüvvədə olacağı haqda xəbərdarlıq etdiyi bildirilir. 

Məlumatı dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya bildirib ki, Operativ Qərargahın elan etdiyi qaydalar bu gündən qüvvəyə minir: "Artıq kafe və restoranlar bu gün saat 22:00-dək fəaliyyət göstərə bilərlər". 

Maraqlıdır ki, "Mall"lara da bu gündən icazə verilsə də, bəziləri sabahdan fəaliyyətə başlayacaqlarını açıqlayıblar.

Operativ Qərargahın açıqladığı qərarda kafe-restoranların saat 22-dək işləməsi, ticarət mərkəzlərinin açılması 31 may saat 00:00-dan etibarən olacağı qeyd olunmuşdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb