DİN Rüfət Səfərovun məsələsini nəzarətə götürdü

10:13 | 17.05.2021
DİN Rüfət Səfərovun məsələsini nəzarətə götürdü

DİN Rüfət Səfərovun məsələsini nəzarətə götürdü

 Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovu ölümlə hədələyən şəxs polisə aparılıb.

Anews.az xəbər verir ki, bu barədə R.Səfərovun özü feysbuk səhifəsində məlumat paylaşıb.


Keçmiş müstəntiq qeyd edib ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov ona zəng edib:


"Bildirildi ki, əvvəllər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilərək məhkum olunmuş vətəndaş Nasir Əsgərov tərəfindən ölümlə hədələnməyim barədə müraciətim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Vətəndaş Nasir Əsgərovun olduğu yer müəyyən edilərək polisə gətirilib, izahatı alınıb, hazırda araşdırma aparılır.


Ehsan Zahidov təhlükəsizliyimə tam təminat verildiyini bildirdi”.


Qeyd edək ki, R.Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb