DİP Gənclər Təşkilatı Almaniyada Cənubi Qafqazla bağlı proqrama qatılıb - FOTOLAR

13:18 | 28.02.2014
DİP Gənclər Təşkilatı Almaniyada Cənubi Qafqazla bağlı proqrama qatılıb - FOTOLAR

DİP Gənclər Təşkilatı Almaniyada Cənubi Qafqazla bağlı proqrama qatılıb - FOTOLAR

Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının üzvləri  Berlində reallaşdırılan "Cənubi Qafqazdan olan gənc siyasətçilərin təhsil və dialoq proqramı"nda iştirak ediblər. Konrad Adenaeur  və Alman Lotto Fondlarının dəstək verdiyi bu proqrama Azərbaycan, Gürcüstan və Ermənistandan 18 gənc qatılıb. Burada məqsəd Cənubi Qafqaz gənclərini Almaniyanın siyasi sistemi ilə yaxından tanış etmək və gənc siyasətçilər arasında dialoqa şərait yaratmaq olub.

Gənclər proqram çərçivəsində Almaniyanın bir sıra hökumət nümayəndələri, Bundestaq üzvləri, partiya fəalları, KİV əməkdaşları ilə görüşüblər.

Bundestaqın Xarici Əlaqələr Komitəsinin üzvü Karl-Georg Wellman gənclərlə görüşü zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını qəbul etdiyini bildirib. Ermənistandan olan iştirakçıların etirazlarına baxmayaraq, Karl Wellman işğal faktının bütün dünyaya məlum olduğunu, münaqişənin sülhməramlı qüvvələrin iştirakı ilə həll oluna biləcəyini deyib. Wellman həmçinin Ermənistanın Avrasiya Gömrük İttifaqına qoşulmaqla sonu olmayan səhvə yol verdiyini, bunun böyük fəsadlar doğuracağını qeyd edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb