DİP yaxın günlərdə namizədlər siyahısını açıqlayacaq

15:09 | 07.09.2015
DİP yaxın günlərdə namizədlər siyahısını açıqlayacaq

DİP yaxın günlərdə namizədlər siyahısını açıqlayacaq

Demokrtaik İslahatlar Partiyası (DİP) yaxın günlərdə deputatlığa namizədlərin siyahısını açıqlayacaq.
 
Bu barədə Teleqraf.com-a partiyanın sədri, millət vəkili Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, hər bir siyasi partiyanın əsas işi seçkilərdə iştirak etməkdir: "Seçkilərdə iştirakla bağlı yaxın günlərdə ətraflı məlumat verəcəyik. Ona görə də, indidən hər hansı məlumat vermək istəmirəm. Vaxtı çatanda bizim mətbuat xidməti müfəssəl məlumat yayacaq".

A.Mollazadə hesab edir ki, seçkilərdə iştirak edən hər bir partiya, namizəd dəstəyi xalqdan gözləməlidir: "Beynəlxalq təşkilatlar, xarici ölkələr kimin deputat seçilib-seçilməməsini müəyyənləşdirmirlər. Qərarı xalq verir".

A.Mollazadə özünü ana müxalifət adlandıran partiyaların namizəd kasadlığından əziyyət çəkməsinə də münasibət bildirib: "Bu gözlənilən idi. Düzgün taktiki və strateji siyasət aparmayan partiyaların zəifləməsi anlaşılandır. Amma başqa partiyaların işinə qarışmaq istəmirəm. Hər bir siyasətçi dəstəyi xalqdan gözləməlidir".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM