Dünya muzeylərindəki Azərbaycan xalçaları araşdırılır

21:00 | 09.08.2014
Dünya muzeylərindəki Azərbaycan xalçaları araşdırılır

Dünya muzeylərindəki Azərbaycan xalçaları araşdırılır

“Azər-İlmə” Azərbaycan xalça nümunələri haqqında məlumatlar əldə edib“Azər-İlmə” gündən-günə genişləndirdiyi beynəlxalq əlaqələri çərçivəsində dünyanın bir sıra məşhur muzeylərində saxlanılan Azərbaycan xalça nümunələri haqqında məlumatlar əldə edib.ANS PRESS-in “Azər-İlmə”yə istinadən verdiyi məlumata görə, həmin muzeylərə təşkil olunan ezamiyyələrdə xalçaların saxlanılma vəziyyəti, onların muzeyə daxil olma tarixi və hansı adlarla ekspozisiyalarda yerləşdirilməsi, texniki və bədii göstəriciləri haqqında məlumatlar toplanılıb, fotoşəkillər çəkilib. Nəticədə “Viktoriya və Albert”, “Metropoliten” və digər nüfuzlu muzeylərin ekspozisiyalarını bəzəyən Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Quba, Bakı, Qazax-Borçalı, Təbriz, Şirvan qruplarına aid Azərbaycan xalça və xalça məmulatları haqqında əldə edilmiş məlumatlar “Azərbaycan xalçaları” jurnalında əhatəli şəkildə işıqlandırılıb.“Azər-İlmə”nin elmi əlaqələr qurduğu Rusiya Dövlət Şərq Muzeyində də nümayiş etdirilən Azərbaycan xalçalarının sayı kifayət qədərdir. Hazırda aparılan müştərək tədqiqatlar həmin xalça nümunələrinin hərtərəfli araşdırılmasına, öz adı, ünvanı, xalça qrupu, çeşnisi, texnologiyası ilə tanınmasına yönəlib. Bu muzeydəki Azərbaycan xalçalarının böyük əksəriyyəti yanlış adlandırılıb, bəzi hallarda isə digər xalqların maddi-mədəniyyət nümunəsi kimi təqdim edilib.“Azər-İlmə” şirkətinin rəhbəri, professor Vidadi Muradov rəhbərlik etdiyi tədqiqat qrupuna həm Azərbaycan, həm də Rusiyanın ayrı-ayrı elmi-tədqiqat mərkəzlərindən tarixçilər, etnoqraflar, xalçaçılar, sənətşünaslar cəlb edilib.“Azər-İlmə” digər xarici ölkələrdəki muzeylərlə də bu sahədə əməkdaşlığı, elmi araşdırmaları genişləndirmək niyyətindədirANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb