Dünya şöhrətli feminist yazarın kitabı Azərbaycan dilində

20:35 | 07.04.2015
Dünya şöhrətli feminist yazarın kitabı Azərbaycan dilində

Dünya şöhrətli feminist yazarın kitabı Azərbaycan dilində

Bu gün Qanun nəşrlər evində iki yeni kitab yayıma göndərildi. Bunlar Bell Hooks-un "Feminizm hər kəs üçündür” və Ceyms Hedli Çeyz-in "Ehtiyatlı qatil” əsərləridir. 

Dünya şöhrətli feminist yazarın kitabı Azərbaycan dilində
 
Bu sadə dillə yazılmış əsər müəllifin şəxsi aktivist fəaliyyətindən bəhs etməklə, feminizmin nəzəriyyəsini, onun tarixini və siyasi əhəmiyyəti kimi məsələləri aydınlaşdırır. 

 Bell Hooksun "Feminizm Hər Kəs Üçündür” əsəri media və yayğın kültürdə feminizmlə bağlı ortaya qoyulan yanlış tərifləri hədəf alır. Feminizmi "kişi düşmənliyi” olaraq tanıtmağa, bu fikri toplumlara aşılamağa cəhd edənlərin iddialarının nə qədər əsassız olduğunu vurğulamaq istəyir. O, feminizmin, "cinsi ayrı seçkiliyə, cinsiyyətçi istismar və basqıya son verdirməyə çalışan bir hərəkat” olduğunu xatırladır. Bell Hooks bütün insanları cinsi ayrı seçkiliklə mübarizəyə dəvət edir. O, feminizmi irq, sinif və etnik kontekstdə yenidən incələməyi təklif edir. 

Tərcümə: Türkan Urmulu


"Ehtiyatlı qatil” triller janrının ən yaxşı nümunələrindən biri
 
Əsərin müəllifi triller janrının ustalarından hesab olunur. O "Ehtiyatlı qatil” əsərində də oxucunu sona qədər dəhşətli hekayətinə bağlı saxlayır. Gözlənilməz sonluq isə sizi tamamilə valeh edir. 


Törətmədiyi cinayətə görə mühakimə olunmaq təhlükəsindən qorxaraq, Amerika ordusundan qaçıb İtaliyada gizlənən Devid Çizholm pasportu və pulu olmadığından ölkəsinə qayıda bilmir. O təsadüfən gözəl Laura ilə tanış olur və ona vurulur. Sən demə, Laura çox varlı, ancaq avtomobil qəzası nəticəsində tamamilə iflic olan Fançininin arvadıdır. Lauranın bir sözüylə Devidi onun evində işə götürürlər. Vəsiyyətnamədə isə evdəki xidmətçilərin hər birinə böyük məbləğ vəd olunur. Ancaq Laura xəbər verir ki, o, dul qalsa, Devid altı yüz min lirəlik var-dövlətə sahib olacaq, bunun üçün Fançinini və onun qızını öldürmək lazımdır...

Tərcümə: Nadir Qocabəyli

ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb