• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Dünyanın ən "sürüşkən" valyutaları

Dünyanın ən "sürüşkən" valyutaları
16.11.2014 18:30

Son günlər Rusiya valyutası olan rublun dünyanın əsas valyutaları qarşısında kəskin ucuzlaşır. Dolların məzənnəsi 50 rubla, avronun məzənnəsi isə 60 rubla yaxınlaşıb. Bu vəziyyət dünyanın qeyri-sabit valyutaları mövzusuna marağı artırıb. Maraqlıdır ki, dünyada bəzi valyutalar o qədər qeyri-sabitdir ki, onların fonunda  rublu etibarlı pul saymaq olar.

Fins.az-ın məlumatına görə, bu siyahıda ilk yeri Zimbabve valyutası tutur ki, hazırda 1 avro 468 646 Zimbabve dollarıdır.

Dobra (San-Tome və Prinsipi)

Afrikada Qvineya körfəzində yerləşən kiçik ada dövlətinin milli pulu dünyada ən qeyri-stabil valyutalardan biridir. Hazırda rəsmi məzənnə 1 avro üçün təxminən 25 000 dobradır. Ölkədə valyutanın "qara bazar"ı var.  Burada valyuta məzənnəsi rəsmi məzənnədən 30% fərqlənə bilər. Qeyri-sabitliyini nəzərə almasaq, bu valyuta dünyada ən gözəl- parlaq və əlvan pul sayılır.

Donq (Vyetnam)

26 000 vyetnam donqu bu gün 1 avro dəyərindədir. Ölkədə ən böyük banknot 500 000 donqluq əskinasdır. Amma turistlərdən mal və xidmətlərin pulunu dollarla ödəməyi xahiş edirlər. Çünki donqa heç kim, hətta yerli sakinlər belə inanmır.

Rial (İran)

1979-cu ildə İranda islam inqilabı zamanı rial sürətlə dəyərdən düşdü, investorlar vəsaiti ölkədən çıxardılar, milli pul da bunun nəticəsində ucuzlaşdı. O vaxtdan İranda yüksək inflyasiya hökm sürür. İran hökumətinin ölkədə iqtisadi vəziyyətin sabitləşməsi üzrə səylərinə baxmayaraq rial getdikcə qiymətdən düşür. Hazırda 1 avro 33 000 rialdan bahadır

Rupi (İndoneziya)

Hər dəfə İndoneziya hakimiyyəti öz valyutasını sabitləşdirməyə çalışanda nəsə baş verir və yerli rupi yenə çökür. Adalar arasında daim rəqabət, güclü inkişaf etmiş qara bazar, maliyyə böhranı kimi faktorlar milli pulun sabit saxlanmasına pis təsir göstərir. Hazırda 1 avro üçün 15 000 rupi verirlər.

Kvaça (Zambiya)

Bu valyuta siyahıya təkcə qeyri-ciddi adına görə görə düşməyib, sadəcə bu valyutaya qətiyyən etibar etmək olmaz. Zambiya iqtisadiyyatının mis ixracından həddən artıq asılılığı, özəl şirkətlərin milliləşdirilməsi siyasəti, xarici borcun böyük səviyyəsi milli pulun sabitliyinə təsir göstərir. Bu yaxınlarda ölkədə bu fəlakətli vəziyyətin dəyişməsinə yönələn islahatlar aparıblar. Amma kvaça yenə də çox qeyri-sabit valyuta olaraq qalır. Hazırda 1 avro 600 kavaçadır.

Quarani (Paraqvay)

Bu valyuta öz romantik adına görə, Paraqvayın əsas xalqıni təşkil edən Latın Amerikası qəbilələlərindən birinə borcludur. Korrupsiyanın yüksək səviyyəsi, böyük qara bazar, yüksək inflyasiya halları ilə Paraqvay sakinləri hər gün üzləşir. Pulların əksəriyyəti saxta olan ölkədə quaraninin ən iri banknotu 100 000-likdir. Hazırda 1 avro 6000 quarani civarındadır.

Fins.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 11:20
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank “YAŞAT” Fonduna 100000 manat ianə edib
İqtisadiyyat 16:02
Unibank “YAŞAT” Fonduna 100000 manat ianə edib
Vergi güzəştinin ləğv olunmasından söhbət gedə bilməz - Hökumət rəsmilərdən açıqlama
İqtisadiyyat 13:18
Vergi güzəştinin ləğv olunmasından söhbət gedə bilməz - Hökumət rəsmilərdən açıqlama
Bakı, Sumqayıt və Abşeron üzrə noyabr ayının pensiyaları ödənilib
İqtisadiyyat 12:58
Bakı, Sumqayıt və Abşeron üzrə noyabr ayının pensiyaları ödənilib
Corat qəsəbəsində 600 abonentin qazı kəsiləcək
İqtisadiyyat 12:37
Corat qəsəbəsində 600 abonentin qazı kəsiləcək
Sabahın hava proqnozu açıqlanıb
İqtisadiyyat 12:27
Sabahın hava proqnozu açıqlanıb
Qlobal dalğalanmalara baxmayaraq, iqtisadiyyatın dayanıqlığı qorunur - Nazir müavini
İqtisadiyyat 11:43
Qlobal dalğalanmalara baxmayaraq, iqtisadiyyatın dayanıqlığı qorunur - Nazir müavini
Azərbaycanda yeganə dotasiya alan rayon Xocavənddir
İqtisadiyyat 11:22
Azərbaycanda yeganə dotasiya alan rayon Xocavənddir
“Neft Daşları” yatağından 181,8 milyon ton neft hasil edilib
İqtisadiyyat 11:05
“Neft Daşları” yatağından 181,8 milyon ton neft hasil edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol