Samux rayonunun Sərkar, Alıuşağı, Burunqovaq və Salahlı kəndlərində karantin qaydaları pozularaq, toy məclisləri keçirilib.
Anews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.
Bundan başqa rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 40 nəfər restorana buraxılmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !