Dumanlı Albionun sürünənlər dünyası - FOTOREPORTAJ

14:56 | 06.05.2015
Dumanlı Albionun  sürünənlər dünyası - FOTOREPORTAJ

Dumanlı Albionun sürünənlər dünyası - FOTOREPORTAJ

Rüstəm Qasımov 

Əgər siz Londona səyahət etmisinizsə, mütləq "Sürünənlər evi” adlı zooparka getməyiniz məsləhətdir. Sürünənlər qrupuna müasir tısbağalar, timsahlar, amfisbenlər, kərtənkələlər və ilanlar daxildir.  Dünya elminə sürünənlərin 9400 növü məlumdur. Təbii ki, zooparkda bütün növlərə rast gəlmək qeyri-mümkündür, amma orada olanlar sizin diqqətinizi cəlb etmək üçün yetərlidir. 
 


Öz sakitliyi ilə insana rahatlıq və hüzur gətirən sehrli bir dünyaya səfər edəcəyik. İlanlar, timsahlar, müxtəlif növ kərtənkələlər və tısbağalar günün böyük bir hissəsini kamuflyaj olaraq, həm də soyuq yerdə oturaraq keçirirlər. Onlar bununla öz enerjilərinə qənaət edir və yırtıcıların hücumundan qorunurlar. Bu heyvanlar yalnız ova çıxdıqda aktivləşirlər. 
 
 

Ona görə də, bəzən ilan və kərtənkələləri görmək mümkün deyil, çünki onlar çox yaxşı kamuflyaj olurlar. 
 
 

Bəzən mən uzun müddət terrariuma baxır və orada maskalanmış və gizlənmiş sürünəni müşahidə etməyə çalışırdım. Amma mən yenə də onları tapa bilmirdim. London zooparkında olan heyvanlar son dərəcə aktiv idilər və bu mənimlə birgə oraya gəlmiş bütün izləyiciləri məmnun edirdi. 
 
 

Qeyd edim ki, terrariumların dizaynı və görünüşü ingilis yumoru ilə bəzədilmişdi. Bu fotoları digərlərindən asanlıqla ayıra biləcəksiniz, çünki burada hansısa ev əşyaları və digər predmetlər sərgilənib. 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM