Bu xəstəliyə hazırda daha çox Yaponiyanın gənclərində rast gəlinir. Artıq yapon hökuməti də bu problemlə mübarizə aparmaq qərarına gəlib.
ANN.Az "The Daily Mail"ə istinadən xəbər verir ki, əsasən gənc oğlanların tutulduğu bu xəstəliyin əlamətləri belədir: gənc oğlan illərlə öz otağından kənara çıxmır, heç kimlə təmas qurmur, sadəcə iş-gücü manqalar oxuyub, arada kompüterdə oyunlar oynayırlar. Artıq ölkənin 1 milyon gənci bu tərz həyat keçirir və bu xəsətliyin adı "Hikikomori"dir.
Hökumət artıq 1 milyon vətəndaşının bu xəstəliyə düçar olmasını "böhran" kimi xarakterizə edir. Xəstəliyə tutulanlar xüsusilə cəmiyyətdən uzaqlaşır, hətta illərlə öz otağından çıxmır, kimsə ilə - hətta ən doğmaları ilə təmas yaratmır, düzgün qidalanmır və s.
Ölkədə bu xəstəliklə mübarizə aparmaq üçün mütəxəssislər də yetişib. Onlardan biri Takahiro Katodur və onun özü də əvvəllər bu xəstəlikdən əziyyət çəkib. Hazırda isə o, bu bəlanın daha ços əhatələnməməsi üçün mübarizə aparır. Kyushu Universitetində bir qrup elm adamı ilə "Hikikomori" üzərində çalışan doktor qarşılaşdığı hallar arasında xeyli təəccüb doğuracaq faktların olduğunu deyib. Onun sözlərinə görə, hazırda 50 yaşı olan və 30 il "Hikikomori"dən əziyyət çəkən, bu müddət ərzində kimsə ilə təmas qurmayan, tək-tənha yaşayan insanlar var. "Hikokomori"yə tutulanların əksəriyyəti ən yaxşı universitetlərin məzunları olurlar. Mütəxəssis bir nüansa da toxunur ki, daha çox nəzarətedici və qadağalar qoyan, basqı göstərən ailələrin övladları cəmiyyətdən təcrid olmağa üstünlük verirlər.
Tokioda yaşayan 18 yaşlı Yuto Onishi 6 ay əvvəl müalicəyə başlayıb və buna qədər o, düz 3 il öz otağından heç yerə çıxmayıb, hətta valideynləri, dostları ilə belə heç bir təmas yaratmayıb. Gündüzləri yatıb, gecələri internetdə olan gənc yaöpn cizgi romanlarının qəhrəmanları - manqalar haqqında kitablar oxuyaraq cəmiyyətdən təcrid olunublar. Özü bu duruma düşdüyünü orta məktəbdə oxuyarkən sinif lideri olmasına baxmayaraq bəzi məsələlərdəki bacarıqsızlığı ilə əlaqələndirib. Yoldaşlarının atmacaları və təhqirləri qarşısında aciz qalan, onlarla mübarizə apara bilməyən Onishi sosial həyatdan uzaqlaşmağa başlayıb: "Bir müddət hər kəsdən uzaqlaşdım, mənə rahat gəldi, sanki narkotik maddə kimi bir şeydi, alidəçisi olursan, əl çəkə bilmirsən. Əslində anormal olduğunu bilirdim, amma heç cür dəyişmək istəmirdim. Çünki belədə özümü çox təhlükəsizlikdə hiss edirdim".
Doktor Kato hazırda Onishini və onun kimi digər gəncləri qrup halında psixoterapiya etdirir, onların bir-birilərilə təmasının qurulmasına çalışır. Doktor hesab edir ki, müasir dövrdə belə bir xəstəlik nəinki Yaponiya üçün, hətta digər ölkələr üçün də böyük təhdiddir, onunla mübarizəni dayandırmamaq lazımdır.
Kato deyir ki, bu xəstəliyə düçar olanlar daha çox orta sinif yaponlarda rast gəlinir. İstedadlı və bacarıqlı olurlar, amma ailələri ilə, dost-tanışları ilə heç bir təmas qurmaq istəmir, hər kəsdən imtina edirlər.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !