Merkel, müsəlmanlar və multukulturalizm - TƏHLİL

20:10 | 21.12.2015
Merkel, müsəlmanlar və multukulturalizm  - TƏHLİL

Merkel, müsəlmanlar və multukulturalizm - TƏHLİL

Bir müddət əvvəl "Geopoliticak Futures" saytında "Merkel, müsəlmanlar və multukulturalizm ptroblemi" adlı məqalə dərc olunub. Məqalənin müəllifi Corc Fridmandır. Məqaləni diqqətinizə təqdim edirik:

Nəyə görə kansler Angela Merkel multukulturalizmi riyakarlıq adlandırıb və niyə Avropada bunun mənası ABŞ-dakından fərqlənir. 

Corc Fridman

Almaniya kansleri Angela Merkel bazar ertəsi günü multukulturalizmi səfsətə adlandırıb. O, bunu əvvəllər nadir hallarda dilinə gətirərdi, ancaq hazırda Avropadakı immiqrasiyayla bağlı mübahisələr fonunda bu ifadənin xüsusi əhəmiyyəti var. Avropa multukulturalizminin mahiyyətini dərk etmək vacibdir, çünki o, Amerikan çoxmillətlilik anlayışından tamamilə uzaqdır.  Amerikalılarda formalaşmış belə bir əqidə var ki, bütün amerikalılarda və ya nəsillərin mövcudluğu ərzində ümumi linqvistik və mədəni dəyərlər inkişaf edib. Onlar özlərinin mədəni dəyərlərini unutmur və dəyərləndirirlər və ola bilsin, bəzi elementləri öz evlərində və ictimaiyyət arasında təcrübədən keçirirlər. Məsələn, Nyu-Yorkun özünün Müqəddəs Patrik paradı günü var, insanlar bu paradda iştirak edirlər, amma həm də katoliklər və protestantlar arasındakı münaqişələrin lüzumsuz olduğunu qəbul edirlər. Mədəni identifikasiya müxtəliflik kimi başa düşülür, radikal fərqlər isə rədd edilir.  

Bu, ABŞ millətinin süni yarandığından dolayı mümkün olub. Ölkə qurucularının, özlərinin və immiqrantların dəyərləri əsas götürülüb,  fundamental normalar heç vaxt pozulmayıb, əksinə qatışığa təcrübə, müdriklik və orijinallıq əlavə edilib. Hətta 19-cu əsrdə irlandlar ictimai məktəblərə alternativ kimi katolik məktəbləri qursalar da, zaman keçdikcə bu fərqlilik nostalgiyaya çevrilib, hətta sonradan bu təcrübələri artıq heç kim sınaqdan keçirməyib. ABŞ nə qədər süni olsa da, mərkəzçiliyə daim sədaqət olub. 

Avropa multukulturalizmi isə mahiyyət etibarilə ABŞ-ınkından tamamilə fərqlidir. O, multukulturalizmin hansısa nüvəsinin olduğunu  və zamanla immiqrantların alman dəyərlərini qəbul edəcəyini rədd edir. Faktiki olaraq, birinin o birindən əslində daha yaxşı olduğu rədd edilir. Onlar spesifik olaraq olaraq almanlığı inkar etmirlər, sadəcə olaraq bunu nə yaxşı, nə də pis hesab edirlər. Sadə desək, bu məsələdə kimsə mütləq alman olmalı deyil. Avropa multukralizminə görə, immiqrantlar böyük çoxluqla yanbayan yaşaya, qaynayıb-qarışmağı sürətlələndirmək üçün ümumi nüvə yaratmadan öz fundamental dəyərlərini qoruyub saxlaya bilərlər. 19-cu əsrin ortalarında və sonrasında katoliklər şimali Avropa protestantlarının səciyyəvi və sərt assimilyasiyasına qarşı dirənirdilər. Zaman keçdikcə, bu aradan qalxdı və irland katolisizmi özü başqa formada qəribə bir assimilyasiyaya uğradı. Multukulturalizm immiqrantdan nə uyğunlaşma, nədə bunu sürətləndirəcək mexanizm tələb edirdi. 

Avropada müsəlmanlara gəldikdə isə, onların kənarda qalmaları, ancaq öz ənənə və dəyərlərini saxlamaları təşviq edildi. Bunun ekvivalentini təsəvvürümüzə gətirək: ingilis protestantlar katolik irlandları kənarda qalmağa təşviq edirlər. Onların kənarda saxlanılması ingilislərə tarixi düşmən kimi baxılması və protestantlığı kafirlik kimi görmələri demək olardı. Öz ənənə və dəyərlərinə baxğlılıq onların tarixi nifrət hədəfi kimi qalması demək idi, bu nifrət də irlandlar və protestantlar arasında münaqişə demək idi, sonda isə katoliklər özlərini protestantların əbədi düşməni kimi görə bilərdilər. Bu dini münaqişə Avropadan ABŞ-a da keçmişdi, ancaq bu düşmənçilik açıq cəmiyyətdə zamanla aradan qalxdı. 

Tarixi nöqteyi-nəzərdən baxsaq, gərginlik və münaqişələr müsəlmanlar və xristianlar arasında minilliklər boyu mövcud olub. Nəticədə, müəyyən sayda müsəlmanda – təbii ki, hamısında yox – Avropa xristianlarına qarşı inamsızlıq və kin yaranıb.  Avropalılar kometlə toqquşmaqdan, bir də türklərdən xilas olmaq üçün dualar etməyə öyrəşmişdi. Müsəlmanlar hərbi cəhətdən zəifləyəndə, dualar unuduldu. Müsəlmanlara əvvəllər olduğunu kimi nifrət edilmirdi. Avropalı işğalına qədər müsəlmanlar bir əsri yola saldılar. Onlar üçün Xaç yürüşləri qədim tarix deyildi, bu, 20-ci əsrdə də təkrarlanırdı. Onlar öz evlərində kasıb yaşadıqlarından Avropaya axışıb gəlirdilər, burada onlar daha yaxşı yaşaya bilərdilər. İndi bu, Amerikaya miqrasiyaya bənzəyirdi, ancaq bir istisnayla: onlardan Alman mədəniyyətini götürmək tələb olunmurdu, heç özləri də bunu arzulamırdılar. Almanlar onları içlərinə qəbul etmirdilər. Onları kənara itələyirdilər. Onlar doğulduqlarında götürdükləri dəyərləriylə kənarda dayandılar, bu dəyərlər zamanla və qonaq olduqları mədəniyyət tərəfindən eroziyaya uğramadı.

Avropalılar multukulturalizmi tolerantlıq forması kimi qəbul edirdilər. O bu formada görünə bilərdi: divarları olmayan getto formasında. 

Əbədi fərqləri qəbul etməmək istəksizliyinin arxasında yada özlərindən biri olmaq imkanının verilməməsi dayanırdı. Avropa millət-dövlətinin təməlində  əxlaq normaları şəbəkəsi deyil, ümumi tarix, dil və mədəniyyət dayanır. Alman almandır, çünki o, alman xalqının arasında doğulub, bu, fransızlarda da belədir, ermənilərdə də. Vətəndaşlığa, yaxud qanunlarla mühafizə olunmağa qarantiya verilir. Yada vətəndaş olmağa imkan vermək çağırış deyil. Ona alman olmağa icazə vermək seçim məsələsi deyil. Alman o kəsdir ki, Almaniyada doğulub.  

Angela Merkel multukulturalizmin iflasa uğradığını qəbul etsə də, alternativ təklif etmir. Vətəndaşlıq leqal statusdur. Bu, sənin Avropa millətinin tam hüquqlu üzvün olmağın demək deyil. Bunun üçün sən qanun prinsiplərini deyil, irsi və mədəniyyəti paylaşmalısan. Bu bütöv cəmiyyətə doğru yolun hələ yarısıdır və miqranta təkcə formal və qanun mənasında məxsusluq verməklə kifayətlənməklə, onu cəmiyyətin bağlarından aralı saxlayır. 

Bir daha təsəvvürümüzə gətirək, katolik irland Amerikaya gəlir, ancaq ona unikallığını saxlamaqla cəmiyyətin nüvəsindən kənarda qalmaq təşviq edilir. Onun ingilislərə olan düşmənçiliyini görün necə də dərinləşəcək. İrlandların narahatlıqları müəyyən mənada Amerikada yayılmışdı, ancaq bu, axırda marginallaşdı. İngilislərə nifrət etməkdənsə, amerikalı olmaq daha cəlbediciydi. Ancaq Avropalıların müsəlmanlara etdiyini irland katoliklərinə etmək, liberalizm adıyla onları kənarda saxlamaq, onlara masada yer verməmək zəhərin yayılması demək olardı. 

Mənim fikrimcə, Merkel istəyir ki, müsəlmanlar kənarda dayanmasın və Almaniyanın bir parçasına çevrilsinlər. Ancaq onun iki problem var. Birincisi odur ki, bəzi müsəlmanlarda tarixdən qaynaqlanan xristian düşmənçiliyi var və multukulturalizmin səbəb olduğu təcridolunma onların qəzəbini daha da artırır. 
İkincisi də odur ki, o, alman olmaq üçün hansı yoldan keçməli olduğunu bilmir. Təkcə müsəlmanlar deyil, almanlar və bütün Avropa kültürü millət anlayışını qəbul edib, onlar yadı qonaq kimi qəbul edir, ancaq heç vaxt özlərinin bir parçası olmağa icazə vermirlər. 

 Almaniya müsəlmanlardan almanların görə bilmədiyi işi görməyi istəyir. Onları istəyirlər, ancaq işçi kimi. Bu onlar üçün əla addır. Onlar işçidirlər. Onlar qonaqdırlar. Nə qədər nəslin gəlib-keçməsinə baxmayraq, onlar özlərini evlərindəki kimi hiss etmirlər. İndi isə köçkünlər gəlib və indi onlar Avropanın disfunksuinal iqtisadiyyatında heç işçi kimi də yaramırlar: onlar arzuolunmaz qonaqdırlar. Avropa etikası onları qonaq kimi görməyi tələb edir – müvəqqəti qonaq. Köçkünlər bura avropalı olmaq üçün gəlməyiblər və avropalılar onlar avropalı etmək niyyətindən uzaqdır. Multukultural getto iflasa uğradı və belə görünür ki, əhalisi azalmaqda olanda və daha almanları görmək istəmədiyi işi başqalarının görməsinə ehtiyac olan qitədə konflikt qaçılmazdır. 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb