“The Washington Times”: Rusiya Türkiyə münasibətlətinin pisləşməsindən kim əziyyət çəkəcək?

16:40 | 10.03.2016
“The Washington Times”: Rusiya Türkiyə münasibətlətinin pisləşməsindən kim əziyyət çəkəcək?

“The Washington Times”: Rusiya Türkiyə münasibətlətinin pisləşməsindən kim əziyyət çəkəcək?

Suriya vətəndaş müharibəsi sürətlə qeyri-stabil zonalara yayılır

Bir müddət əvvəl Amerikanın məşhur nəşrlərindən biri «The Washington Times»da Rusiya və Türkiyənin Suriyada toqquşmasına Ermənistanın necə cəlb olunmasından bəhs edilib. Məqalədə həmçinin qeyd olunur ki, Rusiya və NATO arasında gərginlik artdıqca, bu, özünü Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsində də biruzə verə bilər. Məqaləni təqdim edirik: 

Rusiya və Türkiyə arasındakı gərginlik təkcə Suriya səmasıyla məhdudlaşmır. O həmçinin Rusiya hərbiyyəsinin dominant olduğu Qafqaz regionuna sıçrayır və dondurulmuş münaqişənin yenidən qızışmasını tətikləyir. 

Noyabr ayında Türkiyə Rusiya təyyarəsini vurub saldıqdan bəri, Rusiya prezidenti Vladimir Putinin qəzəbi soyumur, Rusiya son aylarda Ermənistandakı hərbi mövqeyini daha da gücləndirməklə məşğul olub, təqribən 3 milyon əhalisi olan Ermənistanın Türkiyəylə 165 mil uzunluğunda sərhədi və tarixi əlaqələri var. 

Keçən ilin dekabrında kiçik post-sovet ölkəsiylə sakitcə müdafiə sazişi imzaladıqdan sonra, Moskva ən azından paytaxt Yerevanın yaxınlığında yerləşən hərbi bazasına 4 ədəd yeni MİG-29 qırıcı təyyarəsi və bəzi hərbi avadanlıqlar yerləşdirib. 

Bu tərpəniş Suriyadakı multi-milli, multi-cəbhə münaqişəsinin digər bölgələrə yayılmaqla, qeyri-stabillik zonasının genişlənməsi və İran Səudiyyə Ərəbistanı, həmçinin Türkiyə və Rusiya arasındakı gərginliyin artması istiqamətində təhdid törətdiyini göstərir. 

Rusiya xəbər agentliklərinin məlumatına əsasən, müdafiə sazişi üzərində iş aylar çəkib. Ancaq MİG-lərin və yeni Rusiya helikopterlərinin fevralın ortasında yerləşdirilməsi belə görünür cənab Putinin Türkiyəni və onun NATO-dakı müttəfiqlərini Moskvanın regionda narahatlıq yarada biləcəyi barədə xəbərdar etmək məqsədi güdür. 

ABŞ analitiklərinin Ermənistanın mövqeyi barəsində fikirləri haçalanıb, o, Rusiyadan qopmağa çalışacaq, yoxsa sadəcə olaraq cənab Putinin Türkiyəyə qarşı "peşka”sı olacaq? 

"Təbii ki, Ermənistanın Rusiyayla tarixi əlaqələri var, indisə Rusiya Türkiyə əlaqələri ölümcül vəziyyətdədir, Ermənistan isə bu konfrantasiyada cəbhəyanı dövlətə çevrilib”, - bu sözləri Vaşinqtonda yerləşən Atlantik Konsulun nümayəndəsi Ariel Kohen deyib. 

Rusiya-NATO arasındakı gərginlik qızışdıqca, əsas qorxulardan biri Moskvanın addımlarının Qafqazda yeni etnik müharibəyə səbəb olacağı, Ermənistan və Azərbaycan arasında uzun müddətli dondurulmuş münaqişə olan Dağlı Qarabağa münaqişəsinin alovlanacağıdır. 

Azərbaycanın daxilindəki seperatçı Dağlıq Qarabağ anklavı iki keçmiş sovet ölkəsi arasında baş tutub 1994-cü ildə yekunlaşan müharibədən bəri Ermənistan ordusunun və yerli etnik ermənilərinin nəzarəti altındadır. 

"Burda ən böyük partlayış potensialı Türkiyəylə deyil, Azərbaycan və Dağlıq Qarabağladır. Bura dünyanın əsas barıt çəlləklərindən biridir”, - cənab Kohen deyib. 

"EurasiaNet”in baş redaktoru, Mərkəzi Asiya, Qafqaz, Rusiya və Cənub Qərbi ASiya üzrə mütəxəssis Castib Burk bu fikirlə razıdır. 

"Qarabağ bütün bu xətlərdən keçir. Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi, indi də Rusiya Türkiyə gərginliyi, orada çox sayda insan alovla oynayır, alovun başlaması isə bəzən sadəcə təsadüf nəticəsində olur”. 

Konfliktdən sonrakı dövr Rusiya və Türkiyə arasında rəqabət predmeti olub. Ermənistanın Türkiyə ilə münasibətləri Ermənistanın Birinci Dünya Müharibəsi dövründə Türkiyəni ermənilərə qarşı soyqırımda ittiham etməsi səbəbindən kölgə altına düşüb. 

Türkiyə Azərbaycanın tərəfini tutduğundan Ermənistana qarşı ticarət embarqosu tətbiq edib, Moskva isə həm erməni və azərbaycanlılara silah satmaqla öz təsir imkanlarını genişləndirib. 

İndi ruslar Türkiyənin qapı kandarında Ermənistana təzyiq etməklə Rusiyanın hərbi gücünü artırmağı hesablayırlar. Dağlıq Qarabağ münqişəsinə görə Rusiyadan güclü şəkildə asılı olan Ermənistanın isə seçim imkanı azdır. 

"Əgər Ermənistan Rusiyaya ağız büzsə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etmək kimi həll yolu ola bilər”, - cənab Burk deyir: "Ermənistanın qonşuluqdakı başqa bir müttəfiqi yoxdur, o düşmən dövlətlərlə əhatələnib. Ermənistanın Rusiyanın qapısında yatan həvəsli dövlət olması da doğru deyil”.

"Bu olduğundan daha mürəkkəbdir”, - Burk əlavə edib.

"Ermənistan Kremlin piyadası deyil. Yerevanda bir çox liderlər Rusiya-Türkiyə konfrantasiyasına cəlb olunacaqlarından ehtiyat edirlər”. 

Digərləri isə iddia edirlər ki, Moskva Ermənistanı effektivli şəkildə "peyk dövləti”nə çevirir və Putin ondan Türkiyəyə qarşı regional dominantlıq üçün istifadə edir. Bu addım öz qığılcımını 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən alıb. 

2 ildən bəri Rusiya və İran Türkiyənin şərqində əlaqələrini genişləndirirlər, öz növbəsində Moskva Türkiyənin cənubunda Bəşər Əsədə hərbi dəstək verir.
 
Çoxları Rusiyanın hərəkətlərində qaranlıq məqamlar görürlər. 

Dövlət Departamentinin keçmiş sözçüsü və Bəhreyndəki keçmiş səfir, hazırda isə şirkətlərin birinin ictimai əlaqələr sahəsində Türkiyə meylli qrupu təmsil edən Adam Ereli bildirib ki, MİG-29-lar daxil olmaqla, Ermənistana hərbi göndərişlər "Navodçik-2”, "Takhion UAV” dron daşıyıcıları, Mi-24 helikopter atıcıları və Iskander-M ballistic raketləriylə daha da güclənib. 

Forbes jurnalına yazan cənab Ereli Rusiya mətbuat orqanlarından sitat gətirməklə bildirib ki, Putin Ermənistanda cəmlənən 5000-lik rus hərbi kontingentinin döyüş hazırlığının yoxlanılması barədə iyul ayında əmr verib. Fevralda isə Rusiya özünün cənub-qərbində geniş hərbi təlimlərə başlayıb. 

"Regional əməliyyatın ümumi gücü təqribən 8500 nəfər kontingent, 900 səhra artileriya hissələri, 200 döyüş təyyərəsi və 50 hərbi gəmidən ibarətdir”, - Ereli yazıb. 

"Rusiyanın istənilən başqa NATO ölkəsinin səhədlərindəki belə hərəkətləri kəskin etirazla qarşılanardı. Onda biz Türkiyə qarşı belə açıq aqresiyanı niyə sadəcə olaraq izləməklə kifayətlənirik?”, - Ereli sual verib. 

Ancaq NATO-nun Belçikadakı yüksək çinli nümayəndələrindən biri deyib ki, Moskvanın son vaxtlardakı bəzi addımları barədə qorxular şişirdilir. 

"Bəli, Rusiyanın Ermənistanda hərbi bazası var və ruslar ermənilərlə birgə NATO-nun sərhədlərində hərbi əməliyyatlar keçirirlər”, - adını anonim saxlayan NATO nümayəndəsi bildirib: "Ancaq mən burada Rusiyanın son 10 ildə etdiklərindən fərqli bir şey görmürəm. Bizim gördüyümüz yeni təhdid deyil.

Real olan odur ki, Ermənistanın burada başqa seçimi yoxdur”. NATO nümayəndəsi əlavə edib ki, ermənilər Rusiya və Qərb arasında balans qurmaqda davam edəcəklər. 

"Ermənilər NATO ilə əlaqələri pis deyil”, - bunu deməklə NATO nümayəndəsi ermənilərin NATO-nun Əfqanıstan və Kosovodakı sülhməramlı missiyalarında iştirakına eyham vurub. 

Rəsmi razılaşıb ki, Moskva Ermənistanın Türkiyə ilə coğrafi yaxınlığından sui-istifadə etməklə Ankaraya təsir göstərməyə çalışır. 

"Əsas sual belədir: Ermənilər buna imkan verəcəkmi?”, -NATO rəsmisi deyib. "Əgər ruslar sərhəddən hücum xarakterli çıxışlar eləməyə başlasalar, o zaman bu Türkiyə və NATO üçün problem olacaq. 

Ancaq bu hələlik baş vermir, çünki ermənilər Rusiyaya icazə vermirlər. Ruslar Ermənistanda ürəkləri hər istəyəni edə bilməzlər. O müstəqil dövlətdir. Ermənilər bunun üçün yaşıl işıq yandırmalıdırlar, o işıqda ki yandırılmır”. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti