“Dünya ictimaiyyəti buna göz yummamalıdır” - İlham Əliyev

20:40 | 05.07.2017
“Dünya ictimaiyyəti buna göz yummamalıdır” - İlham Əliyev

“Dünya ictimaiyyəti buna göz yummamalıdır” - İlham Əliyev

Ötən axşam Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızının faciəsi ölkə gündəminin əsas mövzusudur. Bu hadisə Azərbaycanla yanaşı, dünya ictimaiyyətinin də diqqətini çəkib.

Azərbaycan prezidenti İlham Əliyevin rəsmi feysbuk səhifəsində də məsələ ilə bağlı paylaşım edilib. 
 


Belə ki, səhifədə qan içində olan uşaq oyuncağı paylaşılıb və ona prezidentin bununla bağlı sitatı üç dildə əlavə edilib: 

"Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”. 

Xatırladaq ki, ermənilərin təxribatı nəticəsində Zəhra ilə yanaşı, onun nənəsi 50 yaşlı Quliyeva Sahibə İdris qızı da vəfat edib. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb