Hazırda dünyada peyvəndlənmə sayı 3,5 milyona yaxınlaşır, bunun yarısından çoxu ABŞ və Çin vətəndaşlarıdır. Türkiyənin də gələn həftədən etibarən korona virusa qarşı peyvəndləməyə başlayacağı gözlənilir.
İngiltərədəki Oxford Universitetinin nəzdində fəaliyyət göstərən "Datada Dünyamız” adlı təşkilat dünyada nə qədər insanın peyvənd olunduğunu xəritələşdirdi.
Araşdırmalara görə, 25 dekabr tarixindən etibarən ABŞ, Çin, Rusiya, Kanada, İsrail, İngiltərə və Bəhreyn yaşlılara və səhiyyə işçilərinə ilk peyvənd vurulmasına başlanılıb.
Statistika göstərir ki, indiyədək bu yeddi ölkədə 3.23 milyon doza peyvənd paylanıb. 1.01 milyon doza ilə ABŞ birinci, Çin isə bir milyon doza ilə ikinci gəlir.
Bununla birlikdə, hazırda dünyada istifadə edilən Pfizer / BioNTech, Moderna, Sputnik V, Sinopharm və Sinopharm peyvəndləri iki dozada tətbiq olunur. Bu səbəbdən dozaların ölkələr arasında bölüşdürülməsi böyük əhəmiyyət kəsb edir.
Hal-hazırda əhalisinin yüzdə 2.94-ü peyvənd edən Bəhreyn dünya ölkələri arasında fərqlənir. Qeyd edək ki, dünyada peyvənd olunan insanların say nisbəti cəmi 0,04%-dir. modern.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !