Dünyanın ən bahalı brendi açıqlandı

21:57 | 02.02.2017
Dünyanın ən bahalı brendi açıqlandı

Dünyanın ən bahalı brendi açıqlandı

"Google” şirkəti "Apple” korporasiyasını geridə qoyaraq dünyanın ən bahalı brendləri reytinqində birinci yeri tutub. 

Oxu.Az Gazeta-ya istinadən yazır ki, "Brand Finance” konsaltinq şirkətinin tədqiqatlarının nəticələri bunu göstərir. 

"Google” brendinin 2016-cı ildə dəyəri təxminən dörddə bir dəfə artaraq 109,47 milyard dollara çatıb. 

"Apple” brendi isə 27% ucuzlaşaraq 107,141 milyard dollardan ibarət olub. 

Amazon.com internet-riyelter üçüncü yeri tutub, onun brendinin dəyəri 106,396 milyard dollar həcmində dəyərləndirilir (artım 53%).

AT&T telekommunikasiya şirkəti 45%-dən çox bahalaşaraq 87,016 milyard dollara çataraq reytinqdə dördüncü yeri tutub. "Microsoft” şirkəti brendinin 13% bahalaşaraq 76,265 milyard dollardan ibarət olmasına baxmayaraq, beşinci yeri tutub.  

Altıncı yerdə ilk dəfədir ki, qeyri-Amerika şirkəti olan Cənubi Koreyanın elektronika istehsalçısı "Samsung” (66,219 milyard dollar, artım 13%) yer alıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM