Dünyanın ən varlı 200 milyarderindən biri azərbaycanlıdır

22:01 | 03.06.2016
Dünyanın ən varlı 200 milyarderindən biri azərbaycanlıdır

Dünyanın ən varlı 200 milyarderindən biri azərbaycanlıdır

"Bloomberg” agentliyinin dünya üzrə bu gün açıqladığı ən yüksək  reytinqli 200 milyarderlərindən biri azərbaycanlıdır.
 
Modern.az xarici mediaya istinadən bildirir ki, həmin siyahıya Rusiyadan 15 nəfərin adı düşüb.

Bu sıiahıda ən yüksək yeri "İnterros” holdinqinin sahibi və "Norilsk Nikel”in baş direktoru Vladimir Potanın tutub. O, ümumi siyahıda 14,7 milyard dollarlıq varidatı ilə 56-cı sıradadır.

Öz var-dövləti ən yüksək templə artıranlardan biri də NOVATEK şirkətinin təsisçisi Gennadi Timçenkodur. "Bloomberg”in məlumatına görə, o, ilin əvvəlindən öz aktivlərini 31 faiz artırmaqla 2 milyard dollar qazanıb. Hazırda onun 8,6 milyard dolları var.

15 rusiyalı milyarderin ümumilikdə 156,5 milyard dollar varidatı var. Rusiya vətəndaşı olan ən varlı milyarderlər bunlardır: "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov, Leonid Mixelson (NOVATEK "Sibur”), Mixail Fridman ("Alfa-Qrupp”), Alişer Usmanov (USM Holdings), Aleksey Mordaşov ("Severstal”), Viktor Vekselberq ("Rusal”), Vladimir Lisin (HLMK), Qerman Xan ("Alfa-bank”).

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb