Dünyanın ən yaxşı 10 fotoqrafı - FOTOLAR

12:00 | 05.08.2015
Dünyanın ən yaxşı 10 fotoqrafı - FOTOLAR

Dünyanın ən yaxşı 10 fotoqrafı - FOTOLAR

"2015 National Geographic - Səyyah fotoları" müsabiqəsinin 10 qalibi müəyyən edilib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, 27-ci dəfə keçirilən müsabiqənin qalibləri elan olunub. Müsabiqəyə dünyanın müxtəlif yerlərindən 17 min fotoqraf qatılıb. Fotoların məzmunu isə çox müxtəlif olub- səyyah fotoları, spontan anlar, açıq hava mənzərələri və s. Anuar Patjane Floriuk Meksikada çəkdiyi sualtı fotosu ilə birinci yerin sahibi olub.

17 min fotoqrafdan ilk 10-luğa çıxanların adlarını və qalib fotonu oxuculara təqdim edirik:

1. Revillagigedo - meksika - Anuar Patjane Floriuk



Müəllif fotosu haqqında təəssüratını belə bölüşüb: "Planlı şəkildə çəkmək istədiyim bir şey deyildi. Balınanın başı üzərindən şəkil çəkirdim və bu anda dalğıclara doğru manevr etdi və üzgüçülər balinanın balasına və özünə getmək üçün ol verdiyində günəş şüası suyun axınına doğru olduğunu gördüm və elə bu an kameranın düyməsinə basdım. Budur, bu mənzərə meydana çıxdı".



2. Chittagong, Banqladeş - Faisal Azim



Müsabiqənin 2-cisi olan bu fotoda 3 bənna görünür. Toz və qum basmış iş yerlərindəki pəncərənin şüşəsindən baxarkən fotoqraf onların şəklini çəkib.



3. Oman - Ahməd Al Toqi



3-cü yerə çıxan bu foto Ərəbistan çöllərində tez-tez keçirilən dəvə yarışlarından bir səhnədir. Bu ənənəvi yarışda cəld olan əslində məğlub olur, əsas məsələ dəvələri yaxşı idarə etmək və yaxşı təcrübəyə malik olmaqdır. eyni sürətlə bir-birilərini keçmədən bərabər şəkildə dəvə sürmək bu yarışın əsas şərtidir.



4. Deadvlei, Namibiya - Beth McCarley



Çox maraqla izlənilən mənzərələrdən biridir - günəşin şüası qum dənəciklərini apaydın görsətdiyi bir vaxtda səmada hələ də ulduz axını davam edir...



5. Nong Khai, Tailand - Sarah Wouters



Tailandda bir şəlalənin yaxınlığında uşaqlar ördək tutmağa çalışırkən...




6. Pestera kəndi, Rumıniya - Eduard Gutescu



Üzərinə qırov düşmüş ağaclar - bir Rumıniya kəndinin görünüşü...



7. Polşa - Bartlomiej Jurecki



Ənənəvi ot biçiminə hazırlıq 




8. Ziwa Rhino - Uqanda - Stefane Berube




Fotoqraf 3 gün ağ kərgədanların şəklini çəkmək üçün gözləyib, amma heyvanlar görsənmir ki, görsənmir. Novbəti gün  fotoqraf gözlərini açanda gördüyü mənzərə inanmayıb - göydə axtardığı yerdə əlinə düşübmüş - 3 kərgədan onun yatdığı yerin yaxınlığına qədər gəlib çıxmışdı



9. Hindistan - Alain Schroeder



Hindistanda "Kushi" adlanan ənənəvi güləş yarışlarından bir mənzərə. Müəllif matç arası palçıq içərisində oturub divara söykənərək dincələn iki güləşçinin bir anını canlandırır. Güləşlər öz bədənlərini də palçığa bulayırlar ki, onlar sonradan xəstələnməsinlər.




10. Monte Lagazuoi, Cortina, Alp dağları. İtaliya - Stefano Zardini 




2.800 metr yüksəklikdə, Alp dağlarında sauna...





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM