Dövlət ipoteka kreditləşməsi 65 dəfə azalıb - AZƏRBAYCANDA

00:30 | 05.10.2016
Dövlət ipoteka kreditləşməsi 65 dəfə azalıb - AZƏRBAYCANDA

Dövlət ipoteka kreditləşməsi 65 dəfə azalıb - AZƏRBAYCANDA

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları dövlət xətti ilə 1,1 mln. manat ipoteka krediti verib.

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 dəfə azdır.

Son 1 ildə ipoteka kreditlərinin orta məbləği 0,45% və yaxud 183 manat artaraq 40 883 manat, kreditlərin orta müddəti sabit qalaraq 280 ay (23 il 4 ay), kreditin orta illik faiz dərəcəsi 0,02 faiz bəndi azalaraq 6,7%, kreditlərə görə aylıq ödənişin məbləği isə 0,54% və yaxud 1,6 manat azalaraq 295,9 manat olub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM