Dövlət Neft Fondunda MHŞT üzrə seminar keçirildi

20:41 | 22.07.2016
Dövlət Neft Fondunda MHŞT üzrə seminar keçirildi

Dövlət Neft Fondunda MHŞT üzrə seminar keçirildi

İyulun 22-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hesabatlılığına dair seminar keçirilib.
 
Fonddan ANN.Az-a verilən məlumata görə, tədbirin əsas məqsədi 2015-ci il üzrə başlanmış hesabatlılıq prosesində şirkətlər və hökumət tərəfindən təsdiq olunacaq məlumatların keyfiyyətinin artırılması və səhvlərin sayının azaldılmasıdır.
 
Seminarda şirkətlər, hökumət nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə yanaşı, MHŞT Koalisiyasının üzvləri də iştirak ediblər. MHŞT üzrə Katibliyin nümayəndələri 2016-cı il Peruda yenilənmiş MHŞT Standartının fərqləndirici xüsusiyyətləri, 2015-ci il üzrə MHŞT Hesabatlarını hazırlayacaq Moore Stephens şirkətinin nümayəndəsi isə hasilat şirkətlərinin keçən MHŞT hesabatlılığında etdiyi səhvlərin təhlili və növbəti hesabatlılıqda diqqət yetiriləcək məsələlər barədə iştirakçılara təqdimatlar ediblər. QHT Koalisiyasının üzvləri isə ümumilikdə vətəndaş cəmiyyətinin MHŞT prosesində rolu və şirkətlərlə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açıb. Seminar interaktiv şəkildə qarşılıqlı sual və cavablarla davam edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM