Dövlət Xidmətinə yeni rəis təyin olundu

12:00 | 22.12.2014
Dövlət Xidmətinə yeni rəis təyin olundu

Dövlət Xidmətinə yeni rəis təyin olundu

Mədəniyyət və Turizm Nazirliyində yeni təyinat həyata keçirilib.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli 409 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

Bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyinin 19 dekabr 2014-cü il tarixli əmri ilə Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Sultanov Zakir İmran oğlu tutduğu vəzifədən azad edilərək həmin tarixdən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM