Ebola ilə bağlı son xəbər

20:31 | 06.01.2015
Ebola ilə bağlı son xəbər

Ebola ilə bağlı son xəbər

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, Ebola virusundan ölənlərin sayı 8 mini ötdü. Qərbi Afrika ölkələri olan Liberiya, Qana və Sierra Leonedə virus qurbanlarının ümumi ayı 8 min 153 nəfər oldu. 20 min 656 nəfər isə virusa yoluxanların göstəricisidir.

Liberiyada 8 min 115 yoluxandan 3 min 471, Sierra leonedə 9 min 772 yoluxandan 2 min 915, Qanada isə 2 min 769 yoluxandan 1767 nəfərin öldüyü qeydə alınıb.

3 qərbi Afrika ölkəsində sonuncu həftə ərzində 274 adam Ebola qurbanı olub.

Ebola virusundan Malidə 6, Nigeriyada 8, ABŞ-da 1 nəfər vəfat edib. İngiltərədə, Seneqalda və İspaniyada bir yoluxma halı müşahidə olunub.

Qərbi Afrika ölkələri xaricində baş verən ölüm halları daxil olmaqla ebola virusu səbəbilə ölənlərin toplam sayı 8 min 168-ə yüksəlib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM