“Çeçenlər bizim qardaşlarımızdır...” - Zabit Səmədov

11:35 | 17.02.2019
“Çeçenlər bizim qardaşlarımızdır...” - Zabit Səmədov

“Çeçenlər bizim qardaşlarımızdır...” - Zabit Səmədov

Kikboksinq üzrə Avropa və Dünya çempionu Zabit Səmədov Moskvada "Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında baş verən davaya münasibət bildirib.
"Yeni Sabah ” xəbər verir ki, idmançımız instaqram hesabında Azərbaycan və Çeçen xalqlarının bir-birinə tarixən bağlı olduğunu vurğulayıb: "Əziz dostlar, qardaşlar, qafqazlılar! Əcdadlarımızın keçdiyi yol Qafqaz xalqları üçün cəsarətli nümunədir! Bizi tariximizə hörmət etməyə, şəfqət göstərməyə, din və Qafqaz ərazisində yaşayan qardaşlarımıza kömək etməyə öyrədiblər.
Bu gün biz Azərbaycan və Çeçenistan Respublikasının xalqları arasında qarşılıqlı səmimi münasibətin, eləcə də qarşılıqlı təsirin və nəsildən-nəsilə bizim əcdadlarımızın münasibətlərinin davamının şahidiyik. Mən qürurla deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdır, hiss edirəm ki, sevimli Çeçenistan Respublikamda mənim xalqım haqqında səmimiyyətlə danışırlar. Mən əminəm ki, bizim xalqlarımız, Rusiya və qonşu dövlətlərin ərazilərində yaşayanlar fitnə salmağa çalışanların oyununa gəlməyəcək. Biz buna icazə verməyəcəyik!”.



 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb