Ədliyyə Nazirliyi qaçqın ailəsinə niyə zülm edir?

12:45 | 03.03.2015
Ədliyyə Nazirliyi qaçqın ailəsinə niyə zülm edir?

Ədliyyə Nazirliyi qaçqın ailəsinə niyə zülm edir?

Qubadlı rayonundan olan məcburi köçkün Məmmədova Nailə Rüstəm qızı Qaynar.info saytına şikayət məktubu göndərib.

Şikayətçi bildirir ki, qanunla aldıqları evdə girib yaşaya bilmirlər: "2013-cü ildə Sumqayıt şəhəri, Sülh küçəsi 4-cü məhəllə ev 18/15 "Rabitəbank"ın balansından aldıq. Aprel ayında evin köhnə sahibi Qaşadarova Almara Oruc qızı bizim evdə olmadığımızdan istifadə edərək evə basqın edib. Nəticədə qapıları sındıraraq evə soxulublar. Polisə şikayət etsək də, evimizə soxulmuş adamları evdən çıxarda bilmədik. Nəticədə son ümid eyri kimi məhkəməyə üz tutduq. Sumqayıt Apellyasiya Məhkəməsi, Ali Məhkəmə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi bizim xeyrimizə qətnamə çıxarıb. 

Sənədlər Ədliyyə Nazirliyinin Sumqayıt şəhərinin məhkəmə icra şöbəsinə göndərilib. 2014-cü ilin sentyabr ayının 14-dən Ədliyyə Nazirliyinin icra şöbəsindədir. Amma indiyə kimi məhkəmənin qətnaməsi yerinə yetirilməyib". 

Nailə Məmmədova daha sonra bildirir ki, dəfələrlə Sumqayıt şəhəri məhkəmə icra şöbəsinin rəisi Anar Əhmədovla görüşsə də, bunun da xeyri olmayıb: "Axrıncı dəfə mənə dedi ki, mən bu işi bacarmıram. Gücüm çatmır onları evdən çıxarmağa. Ədliyyə Nazirinin müavini Xanlar Zeynalovun qəbulunda olmuşam. Hər dəfə mənə get gözlə 10 günə müsbət cavab veriləcək deyiblər. Amma yenə də məsələ həll edilməyib. 

Həyat yoldaşım yataq xəstəsidir. Hər ikimiz təqaüdçüyük. Bu vaxtımızda bizi salıblar küçələrə, kirayə qalırıq.  Ermənilər bir dəfə bizi qaçqın etdilər, indi də məmurlar qaçqın edib. Biz nə edək? Kimə dərdimizi deyək? Bu ölkədə qanunlar varsa, niyə onlar işləmilər? Cənab nazirdən xahiş edirəm bu məsələni həll etsin. Əks təqdirdə beynəlxaq təşkilatlara gedib sığnacaq istəyəcəyik”.  

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM