Efirdə Elarizin ünvanına: “Bunun keçəlinə baxın” – Video

10:02 | 17.02.2019
Efirdə Elarizin ünvanına: “Bunun keçəlinə baxın” – Video

Efirdə Elarizin ünvanına: “Bunun keçəlinə baxın” – Video

Ötən gün "Xəzər” TV-də yayımlanan "5/5” proqramında müğənni Nadir Qafarzadə parodiya edilib.
Axşam.az xəbər verir ki, veriliş zamanı parodiyaçı Elnur Mahmudov Qafarzadənin "Maral” mahnısının sözlərini dəyişərək ifa edib.
O, oxuyarkən arxa fonda müğənni Elariz Məmmədoğlunun fotosu yayımlanıb və Elnurun dəyişdirdiyi mahnının sözləri animasiya şəklində öz əksini tapıb. Mahnının sözlərindəki "Əlinə xına yaxın, başına parik taxın. Bunun keçəlinə baxın. Dazına dərman yaxın. Bir də maral buraxın, qoy otlasın” ifadələri sosial şəbəkədə birmənalı qarşılanmayıb.
İzləyicilər bunun parodiya olmadığını, Elarizin alçaldıldığını və təhqir edildiyini söyləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb