Əfsanəni döyən ərinə cinayət işi açıldı

12:09 | 25.01.2020
Əri tərəfindən dəfələrlə döyüldüyünü "Səni axtarıram” verilişində etiraf edən Əfsanə İsayevanın həyat yoldaşı Səxavət İsayevə cinayət işi açılıb.
"Qafqazinfo” nun məlumatına görə, S. İsayev barəsində CM-nin 133-cü maddəsi ilə cinayət işi başlanıb.

Hazırda S. İsayev polis nəzarəti altındadır. Onunla bağlı Xızı rayon polis şöbəsində istintaq aparılır. Bildirək ki, 133-cü maddənin tələbinə əsasən, Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə görə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, verilişə qonaq olan Səxavət isayev etdiyi əməli boynuna alaraq canlı efirdə yoldaşını at qırmancı ilə döydüyünü etiraf edib.
Qeyd edək ki, 4 gün əvvəl Ə. İsayeva Xızı rayon Polis Şöbəsinə gedərək döyülməsi ilə bağlı ərizə yazıb. Həmçinin İsayevanın bədənindəki izlərlə bağlı ekspertiza təyin edilib. Bundan sonra o, Azərbaycan Uşaqlar Birliyinin Bakıdakı sığınacağına yerləşdirilib.

www.anews.az