• $
  • €
  • ₽
  • ₺
  • £

«Google» «Nexus 5X» və «Nexus 6P» smartfonlarını təqdim etdi

«Google» «Nexus 5X» və «Nexus 6P» smartfonlarını təqdim etdi
30.09.2015 23:00
29 sentyabr tarixində Kaliforniyada keçirilmiş xüsusi tədbir çərçivəsində «Google» şirkəti «Nexus» istehsal xətti üzrə iki yeni smartfonunu («LG» istehsalı «5x» və «Huawei» istehsalı «6P») nümayiş etdirib.

«Nexus 6P» - 2560x1440 nöqtə təsvir ölçülü 5.7 düymlük «AMOLED» displeyə malik «Nexus 6» smartfonunun varisidir. 7,3 mm qalınlığında olan qurğuya «USB Type-C» konnektoru vasitəsilə enerji doldurmaq mümkündür, həmçinin korpusun arxa tərəfində yerləşmiş «Nexus Imprint» adlı daxili barmaq izləri skanerinə malikdir.
 
 «Nexus 6P» cihazı fiziki ölçülərinə görə «iPhone 6s Plus» uyğundur, ancaq daha yüksək təsvir ölçüsünə malik böyük ekranla təchiz edilib. Bu cihaz tamamilə metal korpusla və ön paneldə iki keyfiyyətli dinamika ilə təchiz edilmiş ilk «Nexus» modelidir.
 
 «Nexus 6P» smartfonuna «Sony» istehsalı olan 12,3 meqapiksellik kamera quraşdırılıb və istehsalçı əmin edir ki, zəif işıqlandırma olduqda belə kamera keyfiyyətli fotolar çəkir. Qurğu, həmçinin saniyədə 30 kadr sürətlə «4K» formatında çarxlar çəkə bilir. «Nexus 6P» smartfonunda ön kameranın təsvir ölçüsü 5 meqapikseldir.

«Nexus 5X» qurğusu - «LG» şirkətinin populyar «Nexus 5» smartfonunun yeni versiyasıdır. Yeni qurğuda ekranın diaqonalı 5,2 düym təşkil edir. Bundan başqa, smartfon, həmçinin «Nexus Imprint», «USB Type-C» portu və «Snapdragon 808» prosessoru ilə təchiz edilib.
 
 «5x» smartfonunda ekranın təsvir ölçüsü əvvəlki kimi 1080p-dir, ancaq kameranın təsvir ölçüsü 12 meqapikselədək artırılıb: «6P» qurğusunda olduğu kimi matrisin fiziki ölçüsünün artırılması sayəsində «LG»-nin smartfonu qaranlıqda keyfiyyətli fotolar çəkməyə və «4K» formatında videolar çəkməyə imkan verir.
 
 Hər iki smartfon «Android Marshmallow» mobil əməliyyat sistemi ilə işləyir və bütün yeni funksiyaları dəstəkləyir.
 
 «Nexus Imprint» barmaq izləri skaneri həm smartfonda hansısa məlumatlara giriş, həm də ödənişlərin edilməsi üçün tətbiq edilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol