• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neftin maya dəyəri nə qədərdir?

Azərbaycanda neftin maya dəyəri nə qədərdir?
07.10.2015 13:43
Dövlət Neft Şirkətinin (SOCAR) 2013-cü il üçün audit olunmuş hesabatına əsasən deyə bilərik ki, SOCAR üçün neftin maya dəyəri 18 dollardan götürülüb. 

Oxu.Az-a bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. 

"Bu SOCAR üçün ortalama qiymətdir. Söhbət həm qurudan, həm də dənizdən hasil olunan neftdən gedir”. 

Onun sözlərinə görə, SOCAR-ın hasilatının 90%-i dənizin hesabına düşür. Dənizdən hasil olunan neftin maya dəyəri isə qurudan aşağı olur:

"Quruda maya dəyəri, götürdükdə bahadır. Çünki, qurudan neft az çıxır, ikincisidə qurudakı quyuların neft verimliliyi çox azdır. Dövlət Neft Şirkətinin hasilatının 90%-i dənizin hesabına düşür. Baxmayaraq ki, dənizdə maya dəyəri aşağıdır”.

Mütəxəssis növbəti il üçün neftin maya dəyərinin hansı həddən götürülə bilər? sualına da aydınlıq gətirib:

"Adətən neftin maya dəyəri növbəti il üçün real hasilat və real xərclər bunlar götürüldükdən sonra məlum olur. Ona görə də, maya dəyəri bu keçmiş zamanda olan məsələdir. Gələcək zamanda maya dəyəri olmur. Onu proqnozla etmək olar. 

Hasilatın nə qədər olacağı ilə bağlı proqnoz olmadığına görə, neftin növbəti il üçün maya dəyərini hesablamaq da mümkün olmur” - deyə, İ. Şaban əlavə edib.

Öz növbəsində, digər bir mütəxəssis Azər Mehdiyev isə qeyd edir ki, neftin maya dəyəri hansısa qiymətdən götürülmür:

"Həqiqətən də neftin maya dəyəri hansısa qiymətdən götürülmür. Əlbəttə ki, şirkət əvvəlcədən maya dəyərini planlaşdırır, lakin maya dəyəri hasilat və nəqletmə şərtlərindən asılı olduğuna görə, bu şərtlər isə çox dəyişkən olduğundan maya dəyərini faktiki məlumatlar əsasında hesablayırlar. Hasilat xərcləri və maya dəyəri haqqında məlumat Şirkətin illik hesabatında olur ki, bu da ötən ilki vəziyyəti əks etdirir”.

İqtisadçı-ekspert Pərviz Heydərov isə bildirib ki, Azərbaycanda neft hasilatı SOCAR-a 12-15 dollara başa gəlir:

"Ölkəmizdə neft hasilatı SOCAR-a 12-15 dollara başa gəlir. Yəni, 2013-cü il üçün audit hesabatına əsasən neftin maya dəyərin 18 dollardan götürülməsi əslində düzgün qiymətləndirilməlidir. Digər məqam  isə ondan ibarətdir ki, bu sahədə vəziyyət və müvafiq rəqəmlər sabit qalmır. Belə ki, hasilatın pik dövrü deyilən bir mərhələ var. Neftin maya dəyərinin ən ucuz dövrü məhz həmin mərhələyə aiddir. Başqa sözlə desək, hasilat enişə doğru gedəndə xərclər istər-istəməz artır”.

Qeyd edək ki, şirkətin vitse-prezidenti Süleyman Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, neftin maya dəyəri neft hasilatına çəkilən xərclər hesabına formalaşır. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol