• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərkosmos"da yeni TƏYİNAT

"Azərkosmos"da yeni TƏYİNAT
07.10.2015 16:49
Qafqaz regionunun ilk kosmik peyk operatoru olan "Azərkosmos” ASC-nin Satış və marketinq Departamentinin direktoru vəzifəsinə Den Radu təyin olunub.

Qurumdan "Report"a verilən məlumata görə, D.Radu ötən 20 il ərzində peyk sənayesinin liderlərindən olan "Intelsat", "EMC2" və "Cisco" kimi şirkətlərdə idarəetmə və satış sahəsində geniş təcrübəyə yiyələnib, "Deutsche Telekom", "Discovery Communications" və s. peyk və media sahəsində ixtisaslaşmış qurumlarda bir çox layihələrin uğurla icrasına töhfə verib. Köhnə nəsil kabel texnologiyaları, müasir peyk və media əməliyyatları sahələrində təcrübəsi olan D.Radu "Azərkosmos"un uzunmüddətli inkişaf strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.

"Azərkosmos Deni yüksək texniki təcrübəyə malik olması və kommersiya sahəsində əldə etdiyi uğurları əsas tutaraq Satış və marketinq Departamentinin rəhbəri kimi mühüm bir vəzifəyə təyin edib. Ən əsası, onun müştəri yönümlü olması "Azərkosmos"un dəyərləri ilə tam uyğunluq təşkil edir. Məhz bu keyfiyyət Den Radunun baş kommersiya direktoru vəzifəsinə təyin olunması qərarına təsir edən əsas amil olub”, - "Azərkosmos"un sədri Rəşad Nəbiyev bildirib.

Hazırda DTH, media və genişzolaqlı informasiya ötürülməsi üçün nəzərdə tutulmuş tətbiqlərə artan tələbatı nəzərə alaraq, "Azərkosmos" ikinci telekommunikasiya peyki - "Azerspace-2" vasitəsilə özünün regional strategiyası və peyk tutum həcmini daha da gücləndirməyi planlaşdırır. D.Radu şirkətin hədəflədiyi yeni regionlarda cəlb olunacaq yeni müştərilərin tələbatlarını daha yaxşı başa düşməkdə "Azərkosmos"a yardımçı olacaq. Qeyd edək ki, "Azerspace-2" peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.
Xatırladaq ki, D.Radu "Azərkosmos"un Bakıda yerləşən qərargahında fəaliyyət göstərəcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol