• $
  • €
  • ₽
  • ₺
  • £

Moody's: Azərbaycan neftin ucuz qiymətinə hazırdır

Moody's: Azərbaycan neftin ucuz qiymətinə hazırdır
19.10.2015 13:06
"Hökumət özünə daha geniş maliyyə çatışmazlığını icazə verə bilər”.

Azərbaycanın xarici aktivlərinin yüksək səviyyəsi neftin qiymətinin ucuzlaşmasının ölkə iqtisadiyyatına neqativ təsirinin yumşaldılması üçün gözəl buferdir, Oxu.Az xəbər verir ki, bu barədə Moody's Investors Service öz tədqiqat məruzəsində məlumat verib.

Məruzədə qeyd edilir ki, xarici və yerli valyutada dövlət istiqrazlarının reytinqi sabit proqnoz ilə Vaa3-ə bərabərdir.

Agentliyin fikrinə görə, neftin qiymətinin ucuzlaşması Azərbaycanın neft asılılıqlı iqtisadiyyatına yetərincə təsir edib. Bununla yanaşı, ölkənin 42 milyard dollardan ibarət neft ehtiyatları 2015-ci ilin ikinci rübünün sonunda neftin ucuz qiymətinə uyğunlaşmağa imkan verir, məruzədə deyilir.    

"Yetərli valyuta ehtiyatları sayəsində hökumət neftin ucuz qiyməti, inkişafın səviyyəsinin və maliyyə gəlirlərinin aşağı olduğu zaman ərzində özünə daha geniş maliyyə çatışmazlığına icazə verə bilər”, - Moody's-in vitse-prezidentinin köməkçisi Sebastyan Beker bəyan edib.

"Bununla yanaşı, Azərbaycan öz neft-qaz sektorundan daha çox asılıdır, ona görə də o, neftin qiymətinin mümkün ucuzlaşması qarşısında müdafiəsiz qalır”, - o deyib.

"Ölkə qeyri-neft sektorunun inkişafı zamanı neft-qaz gəlirindən asılı qalacaq”.

Moody's qeyd edir ki, iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsi müqabilində nüvə proqramını saxlamalı olduğu İran ilə nüvə enerjisinə dair razılaşması neftin qiymətinin ucuzlaşmasının Azərbaycana təsirini qismən azalda bilər.

Amma İranın neft bazarına qayıdışı nəticəsində neft təchizatının artması 2016-cı ildə neftin qiymətini ucuzlaşdıracaq, İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsi, Azərbaycana qonşu İran ilə əmtəə dövriyyəsini və investisiya yatırımının genişləndirilməsindən gəlir əldə etməyə imkan verəcək.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol