• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycan Ukraynaya kömək edəcək

​Azərbaycan Ukraynaya kömək edəcək
21.10.2015 11:59
Azərbaycan qaçqın və məcburi köçkünlər məsələsi ilə bağlı Ukraynaya yardım göstərəcək. 

Bununla bağlı iki ölkə arasında məsləhətləşmələrin keçirilməsi gözlənilir. Bunu "Report"a açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

"Ukrayna qaçqın və məcburi köçkünlərlə bağlı bir problemlə üzləşib. Biz buna hazır deyildik və Ukrayna Nazirlər Kabineti bu gün bu vəziyyətdə qalan insanların problemlərini həll etmək üçün inzibati orqan təsis etdi. Biz bu sahədə Azərbaycanın böyük təcrübəsini öyrənmək istəyirik. Bizim üçün indi bu çox mühüm məsələdir", - səfir deyib.
Azərbaycan baş nazirinin müavini Əli Həsənovla görüş keçirildiyini qeyd edən ukraynalı səfir əlavə edib ki, Krım, Sevastopol və Ukraynada məcburi köçkünlər məsələsilə bağlı yeni yaradılmış dövlət departamentinə Azərbaycan tərəfi ilə bu problemə aid olan məsələlərin hüquq çərçivəsində tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri, hüquq xarakterli metodoloji yardım göstərilməsinə dair razılıq əldə edilib.

A. Mişenkonun sözlərinə görə, Ukrayna tərəfi qaçqın və məcburi köçkünlər məsələsi ilə bağlı orqanın yaradılması prosesini yekunlaşdırıb, artıq bu qurumun sədri var: " İndi Azərbaycan tərəfindən bu məsləhətləşmələrin aparılması üçün bizim nümayəndə heyətinin səfərinin reallaşdırılması imkanlarını nəzərdən keçirmək üçün Azərbaycan tərəfinə müraciət edəcəyik. Hazırda bu məsləhətləşmələrin keçirilməsi tarixi ilə bağlı razılaşdırılmalar aparırıq. Ümid edirik ki, ilin sonuna qədər bu məsləhətləşmələr baş tutacaq". 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol