• $
  • €
  • ₽
  • ₺
  • £

9 ayda Azərbaycanda nə tikilib?

9 ayda Azərbaycanda nə tikilib?
31.10.2015 11:19
DSK məlumat yaydı.

2015-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 11 milyard 831 milyon manatlıq vəsaitin 74%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib. 

Komitədən verilən məlumata görə, istifadə olunmuş vəsaitin 60,9%-i məhsul istehsalı obyektlərinin, 32,3%-i xidmət sahələri üzrə obyektlərin, 6,8%-i isə ümumi sahəsi 1327,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. 

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 58%-ni təşkil edib. 

Komitədən bildirilib ki, 2015-ci ilin doqquz ayında Bakı şəhərində 110 kilovoltluq "Ağ şəhər-1”, "Həzi Aslanov”, "Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, "Qafqaz Baku Sport Hotel”, "Bulvar Hotel” mehmanxana kompleksləri, "Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində Beton məmulatı zavodu və "Alyans Tekstil” tikiş fabriki, Ağsu rayonunda İdman Kompleksi, Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsi, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu istifadəyə verilib. 

Bundan başqa, komitədən qeyd edilib ki, Cəlilabad rayonunda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolu, Kürdəmir rayonunda Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolu, Qusar rayonunda "Park Chalet Shahdag” oteli, Siyəzən rayonunda Siyəzən-Məşrif avtomobil yolu, Şabran rayonunda "Qalaaltı Otel and SPA” Müalicə-İstirahət Kompleksi, növbədə 180 nəfəri qəbul etmək imkanına malik 4 poliklinika, 7018 şagird yerlik 25 ümumtəhsil məktəbi, 2127 yerlik 20 məktəbəqədər təhsil müəssisəsi, 280 yerlik 2 klub və s. obyektlər tikilib. 
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol