• $
  • €
  • ₽
  • ₺
  • £

AYİB: "Azərbaycan iqtisadiyyatı bu il 4 faizə qədər artıb"

AYİB: "Azərbaycan iqtisadiyyatı bu il 4 faizə qədər artıb"
05.11.2015 23:07
Qafqazda yerləşən ölkələr (Ermənistan, Azərbaycan, Gürcüstan) regional iqtisadiyyat və təhlükəsizlik problemlərinin təsirinə məruz qalmaqda davam edir.

Lakin Avropa Yenidənqurma və İnkişaf Bankının ən son iqtisadi proqnozuna uyğun olaraq onların 2015-16-cı illərdə artımı qoruyub saxlayacağı gözlənilir.

"APA-Economics” xəbər verir ki, AYİB-in proqnozuna görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%, qeyri-neft sektorunda ÜDM isə 6,4% artıb.

Azərbaycanın xarici valyuta ehtiyatları (konversiya olunan valyutalarda) 2014-cü ilin noyabrında 13,2 mlrd. dollar olduğu halda, neft qiymətlərinin enməsi səbəbindən azalaraq cari ilin avqustunda təxminən 5,3 mlrd. dollara bərabər olub. Azərbaycanın ümumi likvidlik mövqeyi möhkəm olaraq qalıb və Dövlət Neft Fondunun əhəmiyyətli aktivləri hesabına dəstəklənib.

Cari ilin fevralında - demək olar ki, iki onillik ərzində davam edən sabit mübadilə məzənnəsi dövründən sonra Azərbaycan Mərkəzi Bankı ABŞ dollarına nisbətdə manatın dəyərini 25% azaldıb. Bunun sayəsində maliyyə balansında və xarici balansda gərginlik azaldılıb, lakin bank sektorunda balans cədvəli problemləri yaranıb.

AYİB cari ildə Azərbaycan ÜDM proqnozunu 3%-ə qədər, 2016-cı ildə isə 2,5%-ə qədər yüksəldib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol