• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Yaponiyadan iri kredit cəlb edib

Azərbaycan Yaponiyadan iri kredit cəlb edib
12.11.2015 10:12
"Azərkosmos” ASC Yaponiyanın "Sumitomo Mitsui" Bank Korporasiyası (Sumitomo Mitsui Banking Corporation, SMBC) və "Mizuho Bank"ı ilə 11 il müddətinə 100 mln. avro məbləğində kredit sazişi imzalayıb. Fransanın ixrac-kredit agentliyi olan COFACE tərəfindən zəmanətlə təmin olunmuş kredit Azərbaycanın ilk Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" peykinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
 
Bu barədə "Report"a "Azərkosmos"dan məlumat verilib.

Saziş çərçivəsində Fransanın "Airbus DS" şirkəti "Azərkosmos"u 30 iyun 2014-cü tarixdə orbitə buraxılmış peyk sistemi ilə təmin edir. Təchiz olunan ən son fransız texnologiyasına yerüstü idarəetmə seqmenti, peyk təsvirlərinin avtomatik emalı avadanlığı, çoxmissiyalı yerüstü qəbuletmə stansiyası, missiya avadanlıqları və aidiyyəti xidmətlər də daxildir.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir (C diapazonunda 24, Ku diapazonunda 12 transponder). 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"ın idarəçiliyini təhvil alıb və bununla da geo-informasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos" 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol