• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrükdən keçid asanlaşdırılacaq - HAZIRLIQ BAŞLADI

Gömrükdən keçid asanlaşdırılacaq - HAZIRLIQ BAŞLADI
12.11.2015 10:24
Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris Mərkəzində "Beynəlxalq daşımalar zamanı sərhəd keçidinin asanlaşdırılması üzrə Milli Seminar” keçirilib.
 
Fins.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

DGK ilə BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkil etdiyi seminarda Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələri də iştirak ediblər.

Seminarın açılışında çıxış edən Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov beynəlxalq daşımalar zamanı sərhəd-keçid proseduralarının asanlaşdırılması məqsədilə tətbiq edilən qanunvericilik bazası, "bir pəncərə” prinsipinin tətbiqinin bu istiqamətdə ümumi işə faydası, əməkdaşların potensialının artırılması və məlumatlandırılması, digər dövlət qurumları ilə bu sahədə əməkdaşlıq məsələləri barədə məlumat verib.

Daha sonra seminar işə başlayıb. Əvvəl "Azərbaycanda sərhəd-keçidinin və tranzit nəqliyyatının hazırkı vəziyyəti”, "Beynəlxalq daşımalarda özəl sektorun rolu” mövzularında yerli mütəxəssislər seminar iştirakçılarını məlumatlandırıb. Daha sonra isə UNESCAP-ın iqtisadi məsələlər üzrə mütəxəssisi Sandip Raj Ceyn (Sandeep Raj Jain), beynəlxalq logistika üzrə ekspert Jon Quambi (John Quamby) "Beynəlxalq avtomobil daşımaları zamanı qeyri-fiziki maneələrin aradan qaldırılmasında qoşqular/konteynerlərin rolu - Böyük Mekong Subregionunun təcrübəsi”, "Nəqliyyatın asanlaşdırılması üzrə 4 modelin təqdimatı və təklif olunan addımlar”, "Beynəlxalq dəmiryolu daşımalarının asanlaşdırılması üzrə ESCAP Regional Əməkdaşlıq Çərçivəsi (7/17 nömrəli qətnamə) və beynəlxalq avtomobil daşımalarının sadələşdirilməsi üçün ESCAP Regional Strateji Çərçivəsi”, "Daşımaların asanlaşdırılması üzrə subregional sazişlər” mövzularında çıxışlar edib.

Seminarın sonunda mövzuyla bağlı əlavə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol