• $
  • €
  • ₽
  • ₺
  • £

“ABŞ Azərbaycana yatırılan sərmayələrin həcmini artıracaq”

“ABŞ Azərbaycana yatırılan sərmayələrin həcmini artıracaq”
21.11.2015 14:09
"ABŞ Azərbaycana yatırılan sərmayələrin artmasını istəyir”.

"APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan ABŞ ticarət katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli deyib.

Onun sözlərinə görə, ABŞ-ı təmsil edən biznes nümayəndələri Azərbaycana sərmayə yatırmaq üçün mühüm potensialın olduğu qənaətindədirlər: "Sözügedən potensial nəinki inkişaf etmiş enerji sahəsinə aiddir, ABŞ-ın biznes nümayəndələri həmçinin qeyri-neft sektorunda da mövcud olan potensialdan istifadə etmək istəyirlər. ABŞ-ın Ticarət departamenti də Azərbaycanda bu mühüm potensialı görür. Məhz bu səbəbdən Ticarət departamenti bu səfəri təşkil edib. Səfər çərçivəsində ABŞ-ın biznes dairələrini təmsil edən 15 şirkətin nümayəndələri Azərbaycan tərəfdaşları ilə 100-dən artıq görüş keçirib. Səfər zamanı biz yalnız biznes, hər hansı sərmayələr, ticarət  münasibətləri barədə danışmırdıq. Biz həmçinin ABŞ-Azərbaycan arasında olan tərəfdaşlıq və eyni zamanda dostluq əlaqələrinə də toxunmuşuq. Məhz elə bu səbəbdən də ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsi ilə bizim Ticarət Departamenti dövlət səviyyəsində olan tərəfdaşlarımızla, eyni zamanda özəl sektorda mövcud olan tərəfdaşlarımızla birgə fəaliyyət göstərərək Azərbaycana sərmayələrin artımı istiqamətində səylərini göstərəcək. Həm ABŞ, həm də Azərbaycanda biznesin inkişafı və bunun nəticəsi olaraq iş yerlərinin açılması istiqamətində də səy göstərəcəyik”.

Azərbaycanın müstəqillik tarixində ABŞ-ın ölkəmizə sərmayə yatırmaq baxımından ən aparıcı investorlardan olduğunu xatırladan M. Lalli bildirib ki, nümayəndə heyətinin bu səfəri bilavasitə iki ölkə arasında olan tərəfdaşlığın artırılmasına təkan verməkdir: "ABŞ uzunmüddətli sərmayələrə maraq göstərir. Məhz buna  görə də bizim  sərmayələr enerji sektoruna yönələrək həmin bu layihələrin uzunmüddətli - 10, 20, 40 illik olduğunu nəzərə alırdı. ABŞ həqiqətən Azərbaycana yatırılan sərmayələrin artmasını istəyir. Biz Azərbaycanda təchizat, tibb, İKT, media və neft-kimya sahəsində irəliləmək istəyirik”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol