• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in ekspres ofisləri indi daha müasir və rahat

Azercell-in ekspres ofisləri indi daha müasir və rahat
15.12.2015 14:31
Fəaliyyətinin 19-cu ildönümünü qeyd edən ölkənin telekommunikasiya bazarının lideri Azercell Telekom müştərilərinə operativ və keyfiyyətli xidmət göstərməsi istiqamətində növbəti yenilik tətbiq edib. Şirkət ötən həftə keçirilmiş BakuTel 2015 beynəlxalq sərgisindəki stendində təqdim edilən və ziyarətçilərin marağına səbəb olan tam yeni konsepsiyalı ilk Azercell Ekspres ofisini abunəçilərinin ixtiyarına buraxdı. Yeni AzEks ofislərində abunəçilərin özlərini daha rahat və sərbəst hiss etməsi üçün hər cür şərait yaradılıb. İstər dizaynda istifadə olunan yeni yanaşma, istərsə də,  mobil telekoma aid yeniliklərlə detallı tanışlıq üçün açıq sahələrə yerləşdirlən cihazlar müştərilərin rahatlığına yönəlib. Qeyd edilən cihazlar və telefon aksessuarlarından müştərilərimiz yerində  test edərək öz seçimlərini edə biləcəklər. Eyni zamanda, həmişə olduğu kimi müştərilərin tam rahatlığı üçün bütün mobil cihazların seçimində tam bələdçilik birbaşa Azercell-in peşəkar əməkdaşları tərəfindən təqdim ediləcək. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Yeni konsepsiyalı ilk AzEks ofisi dekabrin 14-dəт Bakı şəhəri , 28 may küçəsi 33 ünvanında abunəçilər üçün açıqdır.

Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə, MDB dövlətləri arasında öz abunəçilərinə bir nöqtədə üç xidmət konsepsiyasını təqdim edən ilk şirkət olmuşdu.

Öz şəbəkəsini və əhatə dairəsini daim genişləndirən Azercell-in hal-hazırda Bakıda 15, regionlarda isə 35 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti Mərkəzi mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə Ekspes ofislərinin sayı 50-yə çatıb. Əlavə olaraq onu da nəzərinizə çatdıraq ki, Asan-1, Asan-2, Asan-3 Xidmət Mərkəzləri və Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində də Azercell şirkətinin müştəri xidmətləri fəaliyyət göstərir.

Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell bütün ölkə boyu yeni konsepsiyalı Ekspres ofislərinin sayını artırmaqda davam edəcək.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol