• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt-Bakı xəttinə daha iki elektrik qatarı buraxılır

Bakı-Sumqayıt-Bakı xəttinə daha iki elektrik qatarı buraxılır
17.12.2015 14:36
Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının sayı artırılacaq.
 
"APA-Economics”in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
 
C. Qurbanovun sözlərinə görə, bu istiqamətdə ikimərtəbəli 2 yeni qatar hərəkətə buraxılacaq: "Artıq bu qatarların alınması üçün nümayəndə heyətimiz Minskdə səfərdədir. Bu qatarların biri artıq yoldadır. O birisi ya dekabrın, ya da gələn ilin yanvarın sonunda Bakıda olacaq. Bu qatarlar gələndən sonra Bakı-Sumqayıt arasında reyslərin sayını da artıracağıq. Qatarların xəttə buraxılması üçün bəzi texniki məsələlər həllini tapmalıdır. Əgər çatışmazlıq olarsa, Riqada təmir edilmiş qatarlardan da istifadə olunacaq".  
 
QSC sədri əlavə edib ki, tezliklə bütün dəmir yolunda bilet satışı onlayn, kart sisteminə keçiriləcək: "Hazırda bununla bağlı proqramlar hazırlanır. Bu bahalı proqramdır. Hər şey yenilənir”.
 
Qeyd edək ki, sentyabr ayının 12-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə "Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol