• $
  • €
  • ₽
  • ₺
  • £

UNİBANK müştərilərinin nəzərinə

UNİBANK müştərilərinin nəzərinə
22.12.2015 11:30
Unibank-a dollarda olan kredit borclarını həftə sonu- 19 və 20 dekabr tarixlərində bütün ödəniş məntəqələrində- bankın ödəniş terminalları, Milli Ön, E- manat terminalları , Azərpoçt, onlayn (unibank.az və hesab.az saytlarında) və digər kanallarla ödəyən müştərilərin məzənnə itkilərini bank öz üzərinə götürüb. 

Qeyd olunan günlərdə olan ödənişlər dolların Unibank-da olan köhnə məzənnəsi ilə (1 USD= 1.07 AZN) hesablanacaq.

Bundan başqa Unibank-ın plastik kart sahiblərinə də xoş xəbəri var. Manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi itkiləri də bank öz üzərinə götürməyə qərar verib. Bu məqsədlə, hesabı Azərbaycan manatında olan və 21 dekabrda yeni valyuta məzənnələri elan olunanadək xarici valyutada aparılan əməliyyat məbləğləri hesablardan silinərkən 18 dekabrda qüvvədə olmuş məzənnə əsas götürüləcəkdir. Bu qərar bankın həm kredit, həm də debit kartlarına şamil edilir.

Ödəniş kartları ilə mövcud hesablaşma qaydalarına əsasən tranzaksiya anında ilk növbədə əməliyyatın məbləğinin bloklanması (dondurulması) baş verir. Kart hesabının valyutası ilə əməliyyatın valyutası fərqləndikdə, bu proses həmin ana qüvvədə olan məzənnə əsasında aparılır. Vəsaitin hesabdan silinməsi isə faktiki olaraq 30 gün ərzində baş verə bilir. Bu zaman vəsait müştərinin hesabından cari günün məzənnəsi ilə silinib Beynəlxalq Ödəniş Sistemlərinə köçürülür. Yerli valyutanın xarici valyutalar qarşısında ucuzlaşması zamanı bloklanmış məbləğə nisbətən daha çox məbləğ silinə bilər ki, bu hal müştərilərlə bağlanan "Ödəniş kartlarına xidmət göstərilməsi”nə dair razılaşmada müştərini riski kimi dəyərləndirilir. Buna baxmayaraq, müştəri məmnunluğuna daim önəm verən Unibank bu itkini müstəsna hal kimi qarşılamağı qərara alıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol