• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə itkin gedən pullarımız

Xəzərdə itkin gedən pullarımız
25.12.2015 22:51
Xəzər Dəniz Gəmiçiliyi məsələdə günahı olmadığını vurğulayır.

Azərbaycandan Qazaxıstana yük aparan TIR-lar ləngimə ilə üzləşib.

ANS PRESS-in "informburo.kz” saytına istinadla verdiyi məlumata görə, yük maşınlarının ləngiməsinə səbəb əlverişsiz hava şəraitidir. Bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinin nümayəndəliyindən məlumat verilib. 

Məlumata görə, hazırda Qazaxıstanda 220 yük maşını problem yaşayır. 

"Bu günə olan məlumata görə, ötən 2 həftə ərzində Ələtdən Aktau limanına 265 yük avtomobili göndərilib. 220 yük maşını Qazaxıstanın Aktau limanında gözləyir. Ləngimələr isə əlverişsiz hava şəraiti ilə əlaqədardır. Ələt limanında isə işlər adi rejimdə həyata keçirilir”, - nümayəndəlikdən bildirilib.

Məlumata görə, Qazaxıstanın Aktau limanında yük bərələri üçün üç yanalma körpüsündən yalnız biri fəaliyyət göstərir. Bu isə yük maşınlarının hərəkət qrafikinə təsir edir. Belə problemlər isə Rusiya və Türkiyə arasında baş verən qırıcı qalmaqalından sonra yaşanır. Rusiya Türkiyəyə məxsus yük maşınlarının ölkə ərazisinə daxil olmasınına qadağa qoyduqdan sonra TIR-lar Azərbaycan ərazisindən keçməyə məcbur oldu. 


Qazaxıstanın Aktau limanın yerləşdiyi ərazi


Bundan əvvəl Ələt limanında 175 tır Aktau limanı istiqamətində hərəkət etmək üçün bərəyə yüklənmə növbəsi gözləyirdi. Dekabrın 20-də də Qazaxıstan kütləvi informasiya vasitələri (KİV) yükdaşıma üçün növbə gözləyən onlarla yük maşınının Aktau dəniz limanında qaldığı barədə məlumat yayılmışdı.


Aktau limanı


Buna səbəb kimi onlar Azərbaycana məxsus bərələrin kifayət etməməsi göstərilirdi. Bildirilir ki, Türkiyədən Qazaxıstana və Qırğızıstana məhsul gətirən yük maşınları geri qayıtmaq üçün Aktau limanında gözləməyə məcbur olublar.

Qazaxıstan KİV yazırdı ki, hazırda həmin ölkədə 80 iritonnajlı yük avtomobili Bakı dəniz limanına gəlmək üçün gözləyir. 

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi Vüqar Sadıxov həmin vaxt bildirmişdi ki, bu cür şəraitin yaranmasına səbəb Azərbaycan bərələrinin sayı ilə bağlı deyil: "Aktau limanında cəmi bir yanalma körpüsü var. Bizimkilər həmin limanda növbə gözləyirlər. Bizim bərələrin iş qrafikində heç bir problem yoxdur”. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol