• $
  • €
  • ₽
  • ₺
  • £

IMF: Səudiyyə Ərəbistanı 5 ilə iflas ola bilər

IMF: Səudiyyə Ərəbistanı 5 ilə iflas ola bilər
28.12.2015 20:06
Böhran başlayandan Səudiyyə Ərəbistanının valyuta ehtiyatları 100 mlrd. dollar azalıb

Beynəlxalq Valyuta Fondu (IMF) Səudiyyə Ərəbistanını neft gəlirlərinin sürətlə aşağı düşdüyü bir zamanda xərclərini məhdudlaşdırmayacağı təqdirdə iflas edə biləcəyi barədə xəbərdar edib.

"Report"un verdiyi xəbərə görə, son hesabata əsasən, xüsusilə Orta Şərq ölkələrinin aşağı neft qiymətləri səbəbi ilə qarşılaşdıqları zərər 360 mlrd. dolları keçib. Bu baxımdan ən çox zərər edən ölkələrin siyahısında isə Səudiyyə Ərəbistanı birincidir. Ölkənin bu il təxminən 73 mlrd. dollar zərər etdiyini deyən IMF neftdə enmənin bu sürətlə davam etməsi halında Səudiyyə Ərəbistanının yaxın 5 ildə iflas edə biləcəyini açıqlayıb. 
Məlumatlara görə, Səudiyyə Ərəbistanının neftdə enmə başlamadan öncə 750 mlrd. dollarlıq valyuta ehtiyatları olub. Avqust ayının məlumatına əsasən, valyuta ehtiyatları artıq 654 mlrd. dollara düşüb.

Bildirək ki, Səudiyyə Ərəbistanında bu il yeni hakimiyyətə gələn kral Salman bin Əbdüləziz xalqa 32 mlrd. dollar həcmində vəsait paylayıb. Bununla yanaşı, ölkənin müdafiə və təhlükəsizlik xərcləri 80 mlrd. dollarla bütün vaxtların ən yüksək səviyyəsinə çatıb. Hazırda 800 mlrd. dollarlıq ÜDM-i olan ölkədə əhalinin gəlirlərinin 90%-i neft satışı ilə bağlıdır. 

Qeyd edək ki, qiyməti 36 dollar/barelə enən "Brent" markalı neft 11 illik minimuma enib. Neft gəlirlərinin aşağı düşməsi isə başda Körfəz ölkələri olmaqla neft hasil edən ölkələrin hamısına mənfi təsir edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol