• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 200-lük, 500-lük manat buraxıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda 200-lük, 500-lük manat buraxıla bilərmi? - AÇIQLAMA
30.12.2015 14:57
Manatın 21 dekabr tarixli devalvasiyasından sonra iqtisadi durumda müşahidə olunan geriləmələr həllini gözləməkdə, hökumət isə böhrandan çıxmaq üçün adekvat addımlar atmamaqda davam edir. 

Prosesin gedişatında inflyasiyanın yüksəlməsi və dolların manat qarşısında daha da möhkəmlənməsi fonunda 200-lük, 500-lük, 1000-lik kimi yeni nominallı əskinaslara ehtiyac yarana bilərmi?

Xatırladaq ki, 1992-1996-cı illər ərzində Azərbaycanda 1, 5, 10, 50, 100, 250, 500, 1 000, 10 000, 50 000-lik əskinaslar dövriyyədə olub.

Öılə başçısının müvafiq Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. Məhz o zaman yeni 1, 5, 10, 20, 50, 100-lük əskinaslar dövriyyəyə buraxılıb. Həmin dövürdən ilk devalvasiyaya qədər manat dollar qarşısında stabil, yüksək məzənnədə olub.

İqtisadçı Natiq Cəfərli Modern.az saytına deyib ki, yeni əskinalsların buraxılması dövlətin siyasəti və hökumətin gələcəyə baxışı ilə əlaqədar məsələdir:

"Əgər Mərkəzi Bank və hökumət ölkədə yumşaq humanitar siyasət yeridib manat bolluğunu artırmaq yolunu tutacaqlarsa, yeni əskinaslara ehtiyac yaranacaq. Amma nəzərə almaq lazımdır ki, bu zaman da inflyasiya artacaq və dolların məzənnəsi də yüksələcək. Hələlik bu nominallarla işləməyin heç bir problemi yoxdur”.

N.Cəfərli hazırkı durumun fəsadlarının çox dərin olduğunu vurğulayıb:

"Azərbaycanda yaşanan problem 500-lük, 1000-lik əskinasların dövriyyədə olmamasından qaynaqlanmır, problemin kökü çox dərindir. Amma inflyasiyanın səviyyəsi yüksələrsə, kreditləşmənin qarşısında dayanan problemlər aradan qaldırılsa və manatın yenidən dövriyyədə daha çox olmasına qərar verilsə, bir müddət sonra yeni nominallı əskinaslara ehtiyac yaranacaq. Hələlik buna ehtiyac yoxdur, çünki qarşıda həllini gözləyən çox sayda problemlər var.

Vəziyyətdən çıxmaq üçün isə hər şey hökumətin atacağı addımlardan, hazırlayacağı təkliflər paketindən asılı olacaq. Təəssüf ki, nə ardıcıl addımlar, nə islahat paketi görürük, nə də hökumətin və Mərkəzi Bankın hədəf olaraq nə istədiyini bilirik.
Hələ ki çox asılı, müəmmalı, gələcəyə heç bir ümid yaratmayan prosesin içindəyik”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol